Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gənclər Fondu 22 minlik qanun pozuntusu edib? - AÇIQLAMA

Tarix: 23-07-2019 21:36     Baxış: 4132 A- / A+
Gənclər Fondu 22 minlik qanun pozuntusu edib? - AÇIQLAMA

Bu gün Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 99, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Heftelik.az saytı Gənclər Fondunun Nizamnaməsinə zidd olaraq, gənclər təşkilatı olmayan 3 QHT-nin layihəsinə 22 min manat dəyərində maliyyə ayırması iddiası ilə çıxış edib.

Manevr.az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məsələyə aydınlıq gətirib. Qurum rəsmisi adları sadalanan qeyri-hökumət təşkilatlarının hər biri uzun illərdir ki, gənclər siyasəti və gənclərlə iş sahəsində fəaliyyət göstərdiyini bildirib:

"Gənclər Fondunun Müşahidə Şurası tərəfindən qrant layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar verilərkən təqdim olunan layihənin ictimai əhəmiyyəti, gənclər üçün faydası, gənclər siyasəti ilə uyğunluğu, eyni adlı və ya eyni məzmunlu layihənin digər donorlar tərəfindən maliyyələşdirilmiş olmaması və layihəni təqdim edən təşkilatın (qeyri-hökumət təşkilatının) gənclər sahəsindəki təcrübəsi xüsusi nəzərə alınır.

Adları sadalanan qeyri-hökumət təşkilatlarının hər biri uzun illərdir ki gənclər siyasəti və gənclərlə iş sahəsində fəaliyyət göstərir, onların gənclərlə bağlı layihələri həm Gənclər Fondu, həm də digər donor təşkilatlar tərəfindən dəstəklənir. Eyni zamanda, həmin təşkilatların maliyyələşdirilən layihələrinin adlarına da baxsaq, görünür ki həmin layihələrin hamısı gəncləri əhatə edir. Odur ki, əsassız məlumatı yayanlara əvvəlcə Fondun rəhbər tutduğu normativ aktlarla tanış olmaları tövsiyə olunur".

Qeyd edək ki, 22 min manat dəyərində maliyyə "İsmayıllı İntellektual Oyunlar Klubu" İctimai Birliyi ( 5 min 900 manat), "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (9 min manat), "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi (7 min 300 manat) təşkilatlarına ayrılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar