Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın sığortda bazarında VƏZİYYƏT

Tarix: 18-07-2019 16:57     Baxış: 3108 A- / A+
Azərbaycanın sığortda bazarında VƏZİYYƏT


2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 361.3 milyon manat məbləğində sığorta haqları toplanıb, 119.1 milyon manat məbləğində isə sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, könüllü sığorta bazarı üzrə haqlar 241.8 milyon manat, ödənişlər isə 83.3 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 119.5 milyon manat, ödənişlər isə 35.8 milyon manat olub. 2019-cu ilin yanvar-iyun aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.9%-i könüllü, 33.1%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 69.9%-i könüllü, 30.1%-i icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə qeyri-həyat sığortasının könüllü növləri üzrə sığorta haqlarında 3% (3.9 milyon manat), icbari növləri üzrə sığorta haqlarında 7% (5.9 milyon manat) artım müşahidə edilib.

Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım, əsasən, tibbi sığorta üzrə 19% (10.4 milyon manat), avtonəqliyyat vasitələrinin sığortası üzrə 31% (3.9 milyon manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6% (2.7 milyon manat) və daşınmaz əmlakın icbari sığortası üzrə isə 17% (2.6 milyon manat) olub.

Bundan əlavə, həyat sığortasının icbari növü üzrə isə artım 19% (4.1 milyon manat) qeydə alınıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar