Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

AMEA-dam "əməkhaqqı" ilə bağlı - Qərar

Tarix: 17-07-2019 18:12     Baxış: 3142 A- / A+
AMEA-dam "əməkhaqqı" ilə bağlı - Qərar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclasında yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" sözünün çıxarılması müzakirə edilib.

Bu barədə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Şuranın iclasında "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə saxlanılması qərara alınıb: "Elmi Şuranın iclasında mütəxəssislərlə birlikdə "əməkhaqqı" sözü ilə bağlı müzakirələr aparıldı. Bu sözün dilimizdə artıq daşlaşması diqqətə çatdırıldı. Ümumiyyətlə, biz dilimizdə daşlaşan sözlərə toxunmayacağıq. Çünki bu söz hamı tərəfindən qəbul edilib. Cəmiyyətdə çaşqınlıqların yaranmaması üçün "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmaması qərarı verildi”.

Qeyd edək ki, M.Nağısoylu bir müddət əvvəl "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasının gündəmdə olduğunu deyib. Akademik “əməkhaqqı” sözünün əvvəlki lüğətlərdə (1960 və 1975-ci illərdə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti") olmadığını bildirib. O, bu sözün mürəkkəb söz və ikinci növ təyini söz birləşməsi olduğunu vurğulayıb.

Xatırladaq ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib, əvvəlki lüğətdə olan, təxminən, 1000-dək söz isə yeni lüğətə salınmayıb.

"Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar