Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda DTX, FHN və Milli Məclisi hədəfə götürmüş təhlükə

Tarix: 15-07-2019 16:31     Baxış: 3144 A- / A+
Bakıda DTX, FHN və Milli Məclisi hədəfə götürmüş təhlükə


Küləyin yönəltdiyi radiasion hücum dalğası

Abşeronun Güzdək kəndində yerləşən 30-dan çox daş karxanası həm qəsəbənin özü, həm yaxın qəsəbələr, həm də paytaxt Bakının mərkəz hissəsi üçün ölüm yayan fəlakət mənbəyinə çevrilib.

Manevr.az araşdırmasına görə, qəsəbənin ətrafında çoxu icazəsiz işlədilən bu daş karxanalarında heç bir ekoloji təhlükəsizlik normasına əməl edilmir və havaya qalxan tozlar qəsəbədə nəfəs almanı çətinləşdirir və nəticədə tənəffüs yolu xəstəliklərinin geniş yayılmasına səbəb olur.
Araşdırmalar göstərir ki, Abşeron rayonunun əhalinin gur yaşadığı həmin rayonlarında vəziyyət yenə də əvvəlki kimi əlverişlidir, yəni yaşıllığın və oksigenin bol olduğu, quru iqlimli bu yaşayış massivlərində vəziyyət doğrudan da Bakı ilə müqaysidə xeyli yaxşıdır - rayonun ümumi göstəricsi ümumiyyətlə onun qərb zonasında yerləşən qəsəbələrin - Qobu, Hökmli və xüsusilə də Güzdək qəsəbələrinin hesabına pisləşir. Bu qəsəbələr içində ən ağır vəziyyət Güzdəkdədir və qəsəbəyə ilk gələn insan nəfəs almağın daha çətin olduğunu anlayır. Qəsəbədə yarım saatdan bir az artıq aqalan insanın tənəffüs orqanlarında yığılan qara toz qatı açıq gözlə müşahidə edilir. Bu isə ilk növbədə Güzdək sakinləri üçün təhlükə yaradır. İlkin araşdırmalara görə, Güzdək kəndində orta yaşlıların təxminən 45%-i, yeniyetmələrin isə 70 faizə qədəri müxtəlif növ tənəffüs yolu xəstəliklərindən əziyyət çəkir. Azyaşlılarda isə vəziyyət daha dəhşətlidir - göstərici 90 faizə qədər çatır. Güzdək kəndinin dörd tərəfi daş karxanaları ilə əhatələndiyindən küləyin istiqamətindən asılı olmayaraq, kənd həmişə toz dumanının içində olur. Havada asılı qalan bu toz çöküntü vermir və alnız Güzdək qəsəbəsini deyil, yaxınlıqdakı Qobu, Hökməli və Lökbatan qəsəbələri ilə yanşı, Bakının elitar Badamdar və Yasamal yaşayış massivlərini, həmçinin şəhər mərkəzini hədəfə götürür. Çünki Güzdək qəsəbəsini əhatələmiş fəlakət zonasından Milli Məclisə düz xətlə cəmi 7 kilometr məsafə var. Bakının mərkəz plato hissəsinin eninin 25 kilometr olduğu nəzərə alınsa, bu, çox yaxın məsafədir. Bakıda daha çox müşahidə edilən mülayim, yəni 12-15 m/san sürətli şimala-qərb küləyində həmin toz 7 dəqiqədən sonra Milli Məclisə çatır. Arada Badamdarın kiçik həyət evlərindən başqa elə bir ciddi maneə olmadığından Güzdək karxanalarının tozu iri binaların sıralandığı ilk təbii divarda - Milli Məclis - Müdafiə Nazirliyi - DTX - FHN xəttində sürətini azaldır və binaların arasına dolaraq uzun müddət orada qalır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar