Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paltaryuyanın içinə bunu atsanız… - FAYDALI MƏSLƏHƏTLƏR

Tarix: 13-07-2019 19:59     Baxış: 2194 A- / A+
Paltaryuyanın içinə bunu atsanız… - FAYDALI MƏSLƏHƏTLƏR


Bu informasiyalar evdə daima işinizə yarayacaq. Kiçik göstərişlər və praktiki məlumatlarla həyatınız asanlaşacaq. Bu məlumatlarla paltarlarınızda olan ləkələrdən asanlıqla xilas olacaqsınız. Eyni zamanda, geyimlərinizin daha uzun ömürlü olmasına nail olacaqsınız.

PALTARYUYANI TƏMİZLƏMƏK ÜÇÜN AĞIZ QARQARASI MƏHLULUNDAN İSTİFADƏ EDİN.

Paltaryuyan maşının effektiv istifadəsi üçün müntəzəm olaraq dezinfeksiya edilməlidir. Maşını xüsusi kimyəvi vasitələrlə təmizləmək mümkündür. Lakin daha ucuz başa gələn üsullar da var. Bunun üçün ağız boşluğunun təmizliyi üçün istifadə edilən qarqara məhlulu lazımdır. Yuyucu tökdüyünüz yerə yarım stəkan qarqara məhlulu atsanız, paltaryuyanınız zərərli bakteriyalar və göbələklərdən xilas olacaq.

CORABLARI YUMAQ ÜÇÜN XÜSUSİ ÇEXOL TORBADAN İSTİFADƏ EDİN

Manevr.az medicina.az-a istinadən bildirir ki, corabın digər tayı itib? Adətən bu kimi suallarla boğuşursunuz. Buna görə də xüsusi çexol torba alın. Kiçik ölçülü məhsulları yumaq üçün ən əlverişli üsuldur.

YUMA PROSESİ ZAMANI ASPİRİN GEYİMLƏRİ AĞARDIR

Aspirinin tərkibinə daxil olan asetilsalisil turşusu paltarlarda yaranan ləkələri ağardır. Paltaryuyanın içinə bir neçə aspirin atsanız, paltarlarınızın ağ qalmağına kömək edəcək.

ÇİRKLİ CORABLARINIZI SOYUQ SU İLƏ YUYUN

Çirkli corabları isti su ilə yumaq tərs effekt verəcək. Buna görə də tək həll yolu soyuq suda yumaqdır.

MAKİYAJ LƏKƏLƏRİNDƏN XİLAS OLMAQ ÜÇÜN TƏRAŞ KÖPÜYÜ İSTİFADƏ EDİN

Geyimlərin üzərinə tez-tez makiyaj ləkəsi düşə bilir. Xanımların baş bəlası bu vəziyətdən çox sadə yolla qurtulmaq olar. Belə ki, ləkə olan yerin üzərinə təraş köpüyü vurun və yumaya atın. Proses bitdikdən sonra ləkəsiz paltarlar sizi gözləyir.

DEFORMASİYAYA UĞRAYAN PALTARLARI ƏVVƏLKİ VƏZİYYƏTİNƏ QAYTARMAQ ÜÇÜN UŞAQ ŞAMPUNU İSTİFADƏ EDİN.

Bir qaba bir az uşaq şampunu töküb, ilıq su əlavə edin. Paltarları 15 dəqiqə islaqda saxlayın. Daha sonra dəsmal ilə yaxşıca qurulayın. Daha sonra üfiqi vəziyyətdə açıq havada qurumağa qoyun. Bu zaman paltarların deformasiyaya uğramış parçası özünü bərpa etmiş olacaq.
Paltaryuyanın içinə alüminium falqa büküb atın.
Paltaryuyanın içinə bir neçə alüminium falqa büküb atsanız, geyimlərdə elektriklənmənin qarşısını almış olacaqsınız.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar