Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şimal və qərb rayonlarına leysan yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu

Tarix: 13-07-2019 13:07     Baxış: 2131 A- / A+
Şimal və qərb rayonlarına leysan yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu


İyulun 14-də Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Manevr.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 18-22° isti, gündüz 26-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 % , gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 14-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti təşkil edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar