Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Babacanın partiyasında kimlər olacaq? – ADLAR YAYILDI

Tarix: 10-07-2019 16:57     Baxış: 3153 A- / A+
Babacanın partiyasında kimlər olacaq? – ADLAR YAYILDI


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından ayrılan Əli Babacan oktyabr ayına qədər özünün yeni partiyasının strukturunun hazırlanması üçün işlər görəcək. Belə ki, partiya bundan öncəki böyük partiyalardan ayrılan kiçik siyasi birliklər kimi qısaömürlü olmağı hədəfləmir.

Bu məlumatı “Sözcü” qəzeti yayıb. Qəzet yeni partiyanın öz “vitrin”i üçün yeni simalara yer verəcəyini bildirib.

Partiyanın 1983-cü ildə keçmiş Prezident Turqut Özalın Ana Vətən Partiyası üçün (ANAP) seçdiyi modeldən yararlanacağı vurğulanıb. ANAP kimi yeni partiya da öz tərkibində liberal, sosial-demokrat, mühafizəkar və milliyətçiləri cəmləməyi planlaşdırıb.

Babacanın partiyasına nazir və ya digər yüksək vəzifələrdə olduğu dönəmlərdə neqativ təəssürat yaratmış AKP nümayəndələrini qəbul etməyəcəyi qeyd edilib. Bununla belə, yeni partiyanın AKP-dən ayrılan “küskünlər partiyası” görüntüsü yaratmamağa çalışacağı da iddia olunur.

Məqalədə yeni partiyanın əsl hədəfinin parlament daxilində fraksiya yaratmaq olmadığı və bunun üçün də AKP-dən heç bir millət vəkili transferi həyata keçirməyəcəyi vurğulanıb. Bununla belə, AKP-dən narazı olan millət vəkillərinin partiyaya daxil olmasına da heç bir problemin yaradılmayacağı bildirilib.

Partiyanın parlamentdə onları dəstəkləyən deputatların sayının 20-yə çatacağı təqdirdə Türkiyə Böyük Millət Məclisində qrup qurmağa cəhd edəcəyi də iddia edilib. Belə ki, AKP-nin artıq indidən buna qarşı fəaliyyətə başladığı və parlamentdə qrup qurmaq sayının 20 nəfərdən 30-a qaldırılması üçün hazırlıq gördüyü bəyan olunub.

Babacana dəstək verən AKP-nin keçmiş “ağır artilleriyası”nın adları da bəlli olub. Belə ki, siyahıda keçmiş daxili işlər naziri Bəşir Atalay, keçmiş ədliyyə naziri Sadullah Ergin, keçmiş təhsil naziri Hüseyn Çelik (kürd və ərəb əsillidir – red.), keçmiş sənaye və ticarət naziri Nihat Ergünün adları yer alıb. (axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar