Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

581 şəhid ailəsi də birdəfəlik ödəmədən yararlanacaq

Tarix: 10-07-2019 11:05     Baxış: 3148 A- / A+
581 şəhid ailəsi də birdəfəlik ödəmədən yararlanacaq


Prezidenti İlham Əliyevin müvafiq fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 581 şəhidin 881 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub.

Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər görülür.

Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə onların telefon nömrələrinə mesajla bildiriş göndəriləcək.

Dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11067 şəhidin 16394 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Beləliklə, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminat proqramının icrası 90,2 faizə çatıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar