Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

İnam Kərimova yeni səlahiyyət verildi

Tarix: 06-07-2019 19:48     Baxış: 2137 A- / A+
 İnam Kərimova yeni səlahiyyət verildi


"Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin tərkibi müəyyənləşib.

Manevr.az xəbər verir ki, bu, Baş Nazir Novruz Məmmədovun "Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb.

Qərara əsasən, cəmiyyətin İdarə Heyəti (bundan sonra – İdarə Heyəti) cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək.

İdarə Heyəti 3 (üç) üzvdən ibarətdir. İdarə Heyətinin sədrini və digər üzvlərini Kənd Təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edəcək.

Eyni zamanda İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edəcək.

Qərarla İdarə Heyətinə cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təhlil edərək təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Nazirliyə təkliflər vermək, cəmiyyətin strateji məqsəd və planlarını, habelə inkişaf istiqamətlərini müəyyən etmək, strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına, cəmiyyətin fəaliyyətinə nəzarət etmək, cəmiyyətin strukturu, əməkhaqqı fondu və işçilərin say həddi ilə bağlı nazirliyə təkliflər vermək, nazirliyin razılığı ilə cəmiyyətin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması və ya ləğvi barədə qərar qəbul etmək və s tapşırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar