Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Valideynlər məhkum övladlarına narkotik ötürür

Tarix: 06-07-2019 12:37     Baxış: 3133 A- / A+
Valideynlər məhkum övladlarına narkotik ötürür


İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətin məlumatına əsasən, 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilmiş, hazırda 3 saylı İstintaq təcridxanasında cəza çəkən məhkum Mikayılov Cəlil Tahir oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Sumqayıt şəhər sakini Mikayılov Tahir Cəlil oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,323 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Bundan başqa, Bakı İstintaq təcridxanasında saxlanılan Kərimov Elçin Əhmədağa oğlu ilə görüşə gəlmiş oğlu Bakı şəhər sakini Kərimov Adnan Elçin oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan “Slavyanka” yazılı şəffaf plastmas qabın içərisindəki mayeyə qarışdırılmış 0,495 qram psixotrop maddə - metamfetamin tapılıb.

Həmçinin, həbs edilərək Bakı İstintaq təcridxanasında saxlanılan Əhmədov Zaur Habil oğlu ilə görüşə gəlmiş anası Bakı şəhər sakini Xuduyeva Ülkər İmanverdi qızının üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan şəffaf plastmas qabın içərisindəki mürəbbənin içərisində gizlədilmiş bükülüdə 1,077 qram narkotik maddə - heroin aşkar edilib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar