Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Direktor pulu iki yerə bölür”

Tarix: 01-07-2019 17:55     Baxış: 3156 A- / A+
“Direktor pulu iki yerə bölür”

Gəncə Teatrının baş rejissorundan maraqlı açıqlamalar:”Mübahisə axtarırsınızsa, Yusif Cəfərovla əlaqə saxlayın”

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova “Hamlet” tamaşasının ictimai baxışının təxirə salınmasının səbəbləri barədə danışıb.

Baş rejissor ölkə.az-a açıqlamasında bildirib ki, buna səbəb teatrda olan maliyyə problemidir:

“Maliyyə problemlərinə görə tamaşanın dekorunu və kostyumlarını hazırlamağı çatdırmadıq. Tamaşanın daxili baxışı oldu, amma ictimai baxış baş tutmadı. Ömrümdə birinci dəfə kostyumsuz və dekorsuz tamaşa təhvil verdim. Düşündüm ki, neçə vaxtdır məşq edirik, tamaşaya nöqtə qoyaq. Amma sonra direktor dedi ki, ictimai baxışı keçirək. Amma mən kostyumsuz və dekorsuz ictimai baxışın əleyhinə idim. Bu, dövlət sifarişi ilə hazırlanan tamaşa deyildi. Bu tamaşanı daxili imkanlar hesabına təqdim etməliydik. Direktor həmişəki kimi davranmaqla səhv etdi. Çünki ictimai baxışın öz qaydaları var. Daxili baxışı da geyimsiz ona görə icazə verdim ki, başqa çıxış yolumuz yox idi. Sentyabrda ictimai baxışı nəzərdə tuturuq. Tamaşa hazırdı, çox da maraqlı iş alınıb, aktyorlarımız yaxşı oynayıblar. Tamaşada Hamleti Murad Meyfaliyev oynayır. Kriminal melodram janrında iş alınıb. Digər rolları Ruslan Hüseynova, əməkdar artist İlham Hüseynova, xalq artisti Alim Məmmədova həvalə etmişik. Müasir tərzdə kriminal melodramdı, burada canlı ifalar var. Sadəcə, həmişəki kimi pul məsələsi bizi bir az çətinliyə saldı. Yeni mövsümdə bizə dövlət sifarişi gəlməlidir. Dövlət sifarişi üçün ayrılmış maliyyəni iki hissəyə böləcəyik ki, bu tamaşaya da pul çatsın. Bunu təbii ki, mən yox, direktor edir. Yəni, dövlət sifarişi üçün ayrılmış pula qənaət etməklə, başqa bir tamaşamızı da hazırlamış oluruq”.

İradə Gözəlova teatrın Ukraynadakı teatr festivalında qazandığı uğurlar barədə də danışıb:

“Ukraynanın Kamensk və Herson şəhərində “Hellados” tamaşasını oynadıq. Çox böyük maraqla qarşılandı. Bir şəhərdə “Ən yaxşı aktyor dueti”, digərində isə “Ən yaxşı rejissor işi” nominasiyasına layiq görüldük”.
Gözəlova festivalda aktyor Yusif Cəfərovun direktor Əli Qasımova təpik atması barədə suala isə belə reaksiya verib:

“Əgər siz mübahisə axtarırsınızsa, Yusif Cəfərovla əlaqə saxlayın”.

Qeyd edək ki, Ukraynadakı teatr festivalı zamanı aktyor Yusif Orucovun direktor Əli Qasımovla mübahisə etdiyi və hətta ona təpik atdığı bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar