Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb

Tarix: 01-07-2019 15:06     Baxış: 3127 A- / A+
Azərbaycanda 61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb


Azərbaycanda 61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb.

Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıdakı xəstəxanalardan birinin Təcili Tibbi Yardım bölməsinə müraciət edən 61 yaşında qadının ilk şikayətləri emosional fonda yaranan və epiqastral nahiyədən başlayıb çənəyə qədər yayılan küt ağrı olub.

Xəstə şikayətlərinin kəskin başladığını, heç bir dərman preparatı qəbul etmədiyini və yanaşı olaraq müalicə almadığı hipotireoz xəstəliyinin olduğunu qeyd edib.

Xəstənin klinikasını, EKQ (ST seqmentin elevasiyası), EXO (apikal anevrizma, atım fraksiyası çox enmiş) və laborator müayinələrin (Troponin 5.93 nq/ml) nəticələrini nəzərə alaraq, xəstəyə Kəskin Miokard İnfarktı şübhəsi ilə koronar angioqrafiya müayinəsi icra olunub.

Koronar angioqrafiya müayinəsində koronar arteriyaların normal olduğu aşkarlanıb. Eyni zamanda aparılan Sol ventrikuloqrafiya müayinəsi zamanı xəstədə nadir rast gəlinən Takotsubo kardiomiopatiyası sindromu, digər adı "ürək parçalanması", "sınıq qəlb sindromu" olan xəstəlik aşkarlanıb.

İnvaziv kardioloq Şahin Xəlilov və həkim-kardioloq Rauf Səmədov tərəfindən vaxtında qoyulmuş diaqnoz və düzgün təyin edilmiş müalicə nəticəsində xəstə qısa müddət ərzində normal vəziyyətinə qayıda bilib.

Stress mənşəli kardiomiopatiya və ya takotsubo kardiomiopatiyası sol mədəciyin orta və xüsusilə zirvə hissəsinin tamamilə geri dönən tranzitor hərəkət qüsuru (hipokinez və ya akinez) ilə xarakterizə olunan ürək çatışmazlığı sindromudur.

Takotsubo sindromundan əziyyət çəkən xəstələrdə döş qəfəsində ağrılar və nəfəs darlığı ilə müşayiət olunan sarsıntı təkcə qorxu və kədər deyil, güclü sevinc hissinin yaşandığı anlarda da baş verə bilər. Kardiomiopatiyanın bu növündə ürək mədəcəyinin zirvəsində şarabənzər genişlənmə müşahidə olunur. Xəstəliyin əmələ gəlməsində ən mühüm amil emosional və ya psixi stresdir. Kişilərlə müqayisədə daha həssas olmaları, qadınların 90% hallarda xüsusən menopauzadan sonra, 60-70 yaşında "sınıq qəlb sindromu"na tutulma ehtimalını artırır.

Vaxtında qoyulmuş düzgün diaqnoz və müalicə ilə xəstələrdə 96% halda tam bərpa müşahidə olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar