Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaq pulunun bərpası yenidən gündəmdə: Təkliflər hökumətə göndərildi/Video

Tarix: 30-06-2019 14:28     Baxış: 4161 A- / A+
Uşaq pulunun bərpası yenidən gündəmdə: Təkliflər hökumətə göndərildi/Video

Uşaq pulunun bərpası ilə bağlı təkliflər hökumətə təqdim olunub.

Manevr.az xəbər verir ki, bu barədə ötən bazar günü İTV-nin yayımladığı “Diqqət Mərkəzi-Yekun” Tolk-Şousunda çıxış edən iqtisadçı alim Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, təkliflər zamanla dövlət qurumlarına təqdim edilir: "Onların bir qismi sosial paketin bir elementi olaraq artıq qəbul edilib. Əmək haqqı və pensiyalarda artımın davam etdiyini nəzərə alsaq, biz pensiya amnistiyasının verilməsini təklif etmişik. Elə vətəndaşlarımız var ki, onların pensiya çıxış imkanlarında müəyyən çətinliklər var. Onlara amnistiyanın verilməsi və pensiyanın təmin edilməsinə ehtiyac var. Əmək haqqı artımları zamanı sektoral olaraq aşağı əmək haqqı alan sektorlarda daha çox artımların həyata keçirilməsinin tərəfdarıyıq. Nəzərə alsaq ki, rəsmi statistikaya görə Bakı və regionlar arasındakı əmək haqqı məbləğində iki dəfə yaxın fərq var, ona görə də əmək haqqı artımlarının ünvanlı olaraq daha çox regionları əhatə etməsinin tərəfdarıyıq. Eyni zamanda biz, beyin mərkəzi olaraq 17 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin (uşaq pulu ) mərhələli şəkildə tətbiq olunmasının tərəfdarıyıq. Güman edirəm ki, sosial islahatların bir elementi olaraq mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasını müşahidə edə biləcəyik.

Aşağıdakı linkə keçid etməklə çıxışla tanış ola bilərsiniz:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar