Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil" - Deputatdan sərt çıxış

Tarix: 27-06-2019 14:04     Baxış: 4218 A- / A+
"Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil" - Deputatdan sərt çıxış


"Xəzər dənizinin sahilini başdan başa turizm məkanına çevirmək olar”.


Bunu bu gün millət vəkili Fəzail Ağamalı Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Xəzər sahillərinin çirklənmiş vəziyyətdə olmasından şikayətlənən F. Ağamalı deyib ki, biz Allahın verdiyi neməti qiymətəndirmirik: "Xəzər dənizinin sahilini hasarlayıb, qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, hərə bir qiymət qoyur. Bu Konvensiyanın tələblərinə uyğun olaraq qanunvericilikdə ciddi dəyişiklik edilməlidir. Yaxşı olardı ki, bunun üçün hərrac keçirilsin. Hasarlayanın imkan varsa, özü orada yaxşı hotellər tiksin, həm yeni iş yerləri açılsın, həm də Xəzər dənizinin sahili insanların ixtiyarına verilsin. Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil. Biz Milli Məclis olaraq bu məsələyə sərt reaksiyamızı ortaya qoymalıyıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar