Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ekspertdən aylıq sosial ödənişin məbləği ilə bağlı - TƏKLİF

Tarix: 27-06-2019 10:11     Baxış: 3184 A- / A+
Ekspertdən aylıq sosial ödənişin məbləği ilə bağlı - TƏKLİF


Minimum aylıq əməkhaqqının məbləğinin 250 manata çatdırılması ilə bağlı Prezident sərəncamından sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur.

Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq, sığorta haqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var:

“Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslərin minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda, sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu halda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.

Qeyd edək ki, iyunun 18-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilir. Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar