Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev vətəndaşları qəbul edib

Tarix: 25-06-2019 17:42     Baxış: 4170 A- / A+
Rövşən Rzayev vətəndaşları qəbul edib


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin növbəti qəbulunu keçirib.


Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət hüquqlarını mövcud qanunvericilik əsasında sərbəst və rahat həyata keçirməsi üçün zəruri şərait yaradılıb.

Dövlət Komitəsində bu gün keçirilən qəbulda 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillə birinci növbədə təmin edilməsi barədə tapşırığı icra olunur.

Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlər diqqətlə araşdırılacaq və mövcud qanunvericilik çərçivəsində həll ediləcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar