Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Kənd təsərrüfatı sahəsinə gənclər cəlb edilməlidir" - İnam Kərimov

Tarix: 24-06-2019 16:35     Baxış: 3119 A- / A+
"Kənd təsərrüfatı sahəsinə gənclər cəlb edilməlidir" - İnam Kərimov


"Azərbaycanda kənd təsərrüfatı gənclər üçün cəlbedici və gəlirli sahəyə çevrilməlidir".

Manevr.az xəbər verir ki, bunu Bakıda BMT-nin keçirdiyi "Dövlət Xidmətləri Forumu-2019" tədbiri çərçivəsindəki “Hər kəsi əhatə edən inklüziv və bərabər xidmətlər” mövzusunda panel sessiyasında Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

“Uzun illərdir davamlı inkişaf edən Azərbaycan bu sahədə böyük təcrübə toplayıb”, - deyən nazir kənd təsərrüfatının hazırda hökumət üçün öncül sahələr sırasında olduğunu diqqətə çatdırıb.

“Yeni-yeni inkişaf üsullarını, müxtəlif dəstək mexanizmləri tətbiq etməyə, hazırda vergidən azad olunmuş kənd təsərrüfatına subsidiyalar ayırmağa çalışırıq. Məqsədimiz kənd təsərrüfatını şəffaf, sadə, səmərəli hala gətirməkdir”, - deyən nazir bu məqsədlərə modern texnologiyaları tətbiq etməklə çatmağın mümkün olduğunu, Kənd Təsərrüfatı Nazirliyinin "ASAN xidmət"lə birgə bu istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib.

Gənclərin kənd təsərrüfatına, kənd məhsulları istehsalına maraq göstərmədiyini vurğulayan nazir kənd təsərrüfatını cəlbedici və gəlirli hala gətirmək üçün yollar tapılmasını vacibliyini vurğulayıb.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar