Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb

Tarix: 24-06-2019 11:24     Baxış: 3111 A- / A+
Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb


Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozdan, “pozitiv”ə yüksəldib və “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Manevr.az məlumat verir ki, agentliyin fikrincə, 2019-2020-ci illərdə Kapital Bank pərakəndə kreditləşmə və depozitlər bazarındakı lider mövqeyini daha da sağlamlaşdıracaq, eyni zamanda müxtəlif təşkilatlar üçün də hesablaşma əməliyyatları üçün mühüm platforma və kredit mənbəyi olaraq qalacaq. Bankın RAC (Risk-Adjusted Capital) risklərin nəzərə alındığı kapital əmsalının yaxın 12-18 ay ərzində 7,8-8% həddində qalacağı gözlənilir.
Yaxın 2 ildə Kapital Bank-ın kredit portfelinin 20-30% artacağı, bununla da yüksək mənfəətliyi saxlamaqla xalis faiz həddinin yüksək olması və yüksək əməliyyat səmərəliliyi sayəsində ROAE göstəricisinin 25%-i üstələyəcəyi gözlənilir. Kapital Bank-ın aktivlərinin Azərbaycandakı digər bankların əksəriyyətindən daha keyfiyyətli olduğunu bildirən agentlik, 2018-ci ilin sonuna olan məlumata görə problemli kreditlərin ötən ildəkinə nisbətən 4,6% azaldığını qeyd edib. Həmçinin 2018-ci ilin sonunda qeyd olunan sabit maliyyələşmə əmsalının 220%, kredit/depozit nisbətinin isə 46% səviyyəsinə olması bildirilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar