Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşüb - ŞƏKİLLƏR

Tarix: 21-06-2019 19:55     Baxış: 3186 A- / A+
Rövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşüb - ŞƏKİLLƏR


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş qəsəbədə görüş keçirib.


Manevr.az
xəbər verir ki, Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətlərindən, görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Dövlət Komitəsinin sədri görüşdə iştirak edən məcburi köçkünlərin çoxsaylı müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər mənzil-məişət şəraiti və su təchizatının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, iş yerlərinin açılması və s. məsələlərlə bağlı olub. Yazılı və şifahi müraciətlərin hər biri qeydə alınıb. Onlara Dövlət Komitəsində baxılacağı, müvafiq qaydada rəsmi cavab veriləcəyi bildirilib.

Görüşdə çıxış edən məcburi köçkünlər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Manevr.az


Rövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşüb - ŞƏKİLLƏR
Rövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşüb - ŞƏKİLLƏR
Rövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşüb - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar