Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Dövlətçilik tariximizdə ilk dəfə olaraq əməkhaqqı bir ildə iki dəfə artıb” – Deputat Musa Quliyev

Tarix: 21-06-2019 12:40     Baxış: 3199 A- / A+
“Dövlətçilik tariximizdə ilk dəfə olaraq əməkhaqqı bir ildə iki dəfə artıb” – Deputat Musa Quliyev


Prezident İlham Əliyevin ölkədə sosial rifahın yüksəldilməsi üçün imzaladığı ikinci sosial islahatlar paketi miqyasına görə olduqca genişdir. Həyata keçirilən sosialyönümlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı artdıqca vətəndaşların həyat şəraiti yaxşılaşır, rifahı daha da yüksəlir. İkinci sosial paket əhaliyə gəlirlərini artırmağa şərait yaradacaq.


Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev minimum əməkhaqqının artırılması barədə deyib: “Ayrı-ayrı vaxtlarda ölkəmizdə minimum əməkhaqqı qaldırılıb. Lakin dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı bir ilin ərzində iki dəfədən çox artırılıb. Prezidentin Sərəncamından sonra minimum əməkhaqqının 250 manata çatdırılması onun alıcılıq qabiliyyətinə görə MDB məkanında ikinci yerə yüksəlməsinə səbəb olub. Bütövlükdə həmin Sərəncamlar 2 milyondan çox vətəndaşın sosial rifahını yaxşılaşdırılmasına xidmət edəcək”.
O, daha sonra deyib: “Orta təbəqə bütün dünyada ictimai-siyasi sabitliyin buferi sayılır. Hansı dövlətdə orta təbəqə böyükdürsə, orada uzun müddət sabitlik olur, narazılıq baş vermir, sosial ədalət daha çox təmin edilir. Qütbləşmə çox olanda isə istər iqtisadi, istərsə də sosial-siyasi böhranlar baş verir. Ölkə Prezidentinin son Sərəncamında minimum əməkhaqqının 250 manata qaldırılması əsasən az əməkhaqqı alan və orta səviyyədən aşağı yaşayanların sosial rifahının yaxşılaşdırılmasına hədəflənib. Minimum əməkhaqqının yüksəlməsi ilə orta təbəqənin sahəsi genişlənir və bu, sosial harmoniyanın, sosial ədalətin bariz şəkildə təmin olunmasına gətirib çıxarır”.
“Son Sərəncamlardan sonra Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu üstələdi və ondan yuxarı qalxdı”, – deyə deputat fikrinə yekun vurub. /AZƏRTAC



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar