Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bakcell” İnkubasiya Proqramının iştirakçılarını seçdi

Tarix: 20-06-2019 16:52     Baxış: 2155 A- / A+
“Bakcell” İnkubasiya Proqramının iştirakçılarını seçdi


Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti və İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzinin birgə inkubasiya proqramına birinci seçim başa çatıb.

Daxil olmuş 20-dən çox müraciət arasından seçilən 5 ideyanın müəllifləri öz startap layihələrini Seçim Komitəsi qarşısında təqdim edib. Ətraflı qiymətləndirmədən sonra, ən yüksək bal toplamış 3 startap komandası INNOLAND və Bakcell şirkətinin birgə inkubasiya proqramında iştirak etmək hüququ qazanıb.

Seçimlərdən uğurla keçən “Face Ads”, “ToWaves” və “Bon.az” komandaları öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. “Face Ads” sosial media sahəsində icraçı və sifarişçi arasında əməkdaşlığı formalaşdırmaq üçün yaradılmış platformadır. “ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkədir. “Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən “cashback“ əldə etməsi üçün yaradılan sistemdir.

Layihədən asılı olaraq, növbəti 3-6 ay ərzində startap komandaları INNOLAND və “Bakcell” təqdim olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə edə biləcəklər. Bu dəstək sayəsində gənclər öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu və innovativ biznesə çevirmək imkanına malik olacaqlar.

Seçilmiş komandalar inkubasiya müddəti ərzində həm INNOLAND həm də “Bakcell”in AppLab mərkəzinin imkanlarından yararlanacaqlar.

Xatırladaq ki, Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində “Bakcell” və INNOLAND yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. Bu əməkdaşlıq ölkənin bütün startap ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin formalaşdırılmasında strateji rol oynayir.

2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar./axar.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar