Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gənclər təşkilatları arasında təlimlər təşkil ediləcək

Tarix: 19-06-2019 11:34     Baxış: 3114 A- / A+
Gənclər təşkilatları arasında təlimlər təşkil ediləcək


6-7 İyul 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək "Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” layihəsi, Bakı və regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının üzvlərini bir araya gətirəcək.

Manevr.az xəbər verir ki, layihə, BMT tərəfindən qəbul olunmuş 2030 Gündəliyini və 5-ci Dayanıqlı İnkişaf Məqsədi olan Gender bərabərliyini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir.

Təlimin məqsədi gənclər təşkilatlarının Gender bərabərliyi mövzusunda məlumatlılığını artırmaq, bu sahədə aktiv fəaliyyətini təmin etmək və gənclər təşkilatlarının gələcək fəaliyyətlərində 5-ci Məqsədin hədəflərini təbliğ etməkdir. Bu hədəflərə dünyanın hər yerində bütün qadınlara və qızlara qarşı ayrı-seçkiliyin bütün formalarına son qoymaq, dövlət və özəl sahələrdə bütün qadınlara və qızlara qarşı bütün formalarda zorakılığı, o cümlədən insan alveri, cinsi və digər növlərdə istismarı aradan qaldırmaq, uşaq nikahı, erkən və məcburi nikah və qadın cinsi orqanının zədələnməsi (sünnəti) kimi bütün zərərli təcrübələri aradan qaldırmaq, qadınların səlahiyyətləndirilməsini təşviq etmək üçün, köməkçi texnologiyalardan, xüsusilə də informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək daxildir.

Təlimdə iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan anket formasını doldurmaqla 28 İyun 2019-cu il saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara nəticələrlə bağlı məlumat 1 İyul 2019-cu il tarixinədək məlumat veriləcək.

Təlim 2 gün - 09:00-dan 18:00-a qədər davam edəcək.

Yalnız ərizə forması mərhələsindən uğurla keçmiş iştirakçılarla əlaqə saxlanılacaq.

Qeyd edək ki, regiondan seçiləcək iştirakçıların yaşayış və qidalanma ARGTMŞ tərəfindən təmin ediləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar