Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İrana qarşı müharibə: Ölkə 5 yerə parçalanır – ABŞ-ın gizli planı

Tarix: 19-06-2019 10:15     Baxış: 3150 A- / A+
İrana qarşı müharibə: Ölkə 5 yerə parçalanır – ABŞ-ın gizli planı


İlk dəfə deyil ki, ABŞ dünyada polis rolunu oynamaqla məşğuldur. Heç bir dəlil və sübut olmadan istədiyi dövlətə qarşı sanksiyalar tətbiq edir, hücum həyata keçirir. Uzun müddətdir ki, ABŞ İsrailin təkidi ilə İranı parçalamaq niyyətinə düşüb. Donald Tramp hakimiyyətə gəldikdən sonra bu niyyət daha qabarıq görünür.

Manevr.az bildirir ki, bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev ABŞ-ın İrana qarşı müharibəyə başlayacağı haqda İsrail kəşfiyyatının məlumatını şərh edərkən deyib.

Politoloq bildirib ki, hələ 1997-ci ildən ABŞ-ın İranla bağlı gizli layihəsi var. Onun sözlərinə görə, bu layihə 2008-ci ildə Pentaqonun jurnalında çap edilib: “ABŞ İranı 5 yerə parçalamaq istəyir. O cümlədən Azərbaycandan Urmiyaya qədər bir Azərbaycan dövləti yaradırlar. İkincisi, Xuzistan dövləti yaradırlar. Üçüncüsü, İranın cənubunda, fars körfəzində olan ərəblərlə ərəb dünyasını birləşdirərək müsəlman şiə dövləti yaradırlar. İraqın Bəsrəsini də bura daxil edirlər. Və qərbi İranı da parçalayaraq Gilan daxil olmaqla Kürdüstan yaradırlar. Ortada isə Persiya adı ilə kiçik bir İran qalır. Bu, ABŞ-ın planıdır və bunu həyata keçirmək istəyir. Bu səbəbdən də çalışır ki, hansı yolla olursa-olsun, suyu bulandırıb İranı ittiham etsin”.

Cümşüd Nuriyev əlavə edib ki, əslində İranın Yaponiya baş nazirini qəbul etdiyi vaxt bu ölkənin tankerinə hücum etməsi mümkün deyil: “Hadisələrin gedişi göstərir ki, ABŞ İrana girmək istəyir. Yəqin ki, bu, 2003-cü ildən sonra ABŞ-ın növbəti müdaxiləsi ola bilər. Ancaq “ABŞ bu müdaxilədən qazanclı çıxa biləcəkmi” sualı da açıq qalır. Buna dəqiq cavab yoxdur. Təbii ki, ərəb dünyası yoxdur. Bu günə qədər dünyada ABŞ-ın əsasını qoyduğu bütün terror təşkilatları Səudiyyədə yaranıb. Əl-Qaida, İŞİD, yenisini də yəqin ki, yaradacaq. Bir sözlə, Səudiyyənin əli ilə müsəlmanları müsəlmanlara qırdırır. ABŞ bu ölkədən uğurla yararlanır. Burada ABŞ-ın yeganə müttəfiqi İngiltərədir. Çünki İngiltərə də Səudiyyənin müttəfiqidir. İndi ABŞ parçalanan müsəlman dünyasından yeganə şiə dövləti olan İrana qarşı yararlanmağa çalışacaq. Bu layihənin də başında İsrail dayanır. Bu səbəbdən də İsrail kəşfiyyatı ABŞ-ın İranı vurmağa hazırlaşdığı barədə məlumat verir”.

Müsahibimiz əlavə edib ki, əgər müharibə başlasa, bu uzunmüddətli olacaq və Amerikaya ucuz başa gəlməyəcək: “Bu müharibə ABŞ-ın çöküşünün başlanğıcı ola bilər”.

Sonda politoloq deyib ki, hazırda müharibənin olma ehtimalı yüksəkdir: “Əgər əvvəl müharibə ehtimalı 50 faiz idisə, indi bu ehtimal 70 faizdən yüksəkdir. ABŞ çalışır ki, uğur əldə etsin. İraqa hücumdan sonra bəlli oldu ki, Buşun bu müdaxiləsinin arxasında sabiq müdafiə naziri Ramsfeldin bəzi dövlətlərə silah satması və geni dəyişdirilən məhsulları dağıtması məqsədi durur. İndi İrana hücum olacaqsa, bunun bir məqsədi də dağıdılan İrana belə məhsulların yardım adı ilə verilməsi və sonradan onun pullarının əldə olunmasıdır. Məqsədlər çox olduğundan müharibə ehtimalı da yüksəkdir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar