Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

15 iyun– Milli Qurtuluş Günü Sabirabadda qeyd edildi

Tarix: 15-06-2019 13:45     Baxış: 2326 A- / A+
15 iyun– Milli Qurtuluş Günü Sabirabadda qeyd edildi


15 İyun Milli Qurtuluş Günü münasibətilə Sabirabad rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında ümumşəhər tədbiri keçirildi.

Manevr.az-ın məlumatına görə, tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov,hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzüblər. Sonra tədbir Ulu öndərin adını daşıyan Mərkəzin qarşısında davam etdirildi. Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq, gündən-günə inkişaf edən, gözəlləşən, böyük tarixi inkişaf yolunda olan doğma Vətənimizin – Azərbaycanımızın hər yerində 15 İyun- Milli Qurtuluş günü böyük bayram təntənəsi ilə qeyd edildiyini bildirib.Bildirib ki, 26 il bundan əvvəl bu günkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərərək ulu öndər Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gəldi və demək olar ki parçalanmış, bölünmüş Azərbaycanın xilaskarı oldu. Heydər Əliyevin şah əsəri adlandırdığımız müasir Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş tərəqqi dövrünü yaşayır. Dünya şöhrətli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçe-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Rəsmi hissədən sonra tədbir bayram konserti ilə davam edib.Sabirabad rayon Üzeyir Hacıbəyli adına Musiqi məktəbinin, “Ana Kür” xalq çalğı alətləri ansambılının müşayiətilə olan konsertdə Əməkdar artist Yusif Mustafayev, əməkdar artist Ehtiram Hüseynov, muğam ustası Abgül Mirzəliyev, Təranə Qumral, Musa Musayev, Vəfa Şərifova, Günel Almazova, İradə Mehri ifaları, Sabirabad rayon Adil İsgəndərov adına Xalq Teatrı aktyorlarının ifasında ölkəmizə, ulu öndərə həsr edilmiş kompozisiyalar, Əhmədabad kənd Folklor evinin “Axısxa Halay Türk” folklor qrupunun rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatdı.

15 iyun– Milli Qurtuluş Günü Sabirabadda qeyd edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar