Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əcnəbilərlə ərə gedən azərbaycanlı qadınların sayı açıqlandı

Tarix: 14-06-2019 18:07     Baxış: 3119 A- / A+
Əcnəbilərlə ərə gedən azərbaycanlı qadınların sayı açıqlandı

Azərbaycan vətəndaşlarının əcnəbilərlə bağladığı nikahların sayı azalıb.

Manevr.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən trend-in sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Bu ilin yanvar-fevral ayları ərzində 140 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbi ilə nikaha daxil olub.

Azərbaycanlı qadınlarla nikaha daxil olan daha çox Rusiya, Türkiyə və Gürcüstan vətəndaşlarıdır.

Ötən dövr ərzində qadınlarla yanaşı, Azərbaycan vətəndaşı olan kişilərin də əcnəbi qadınlarla nikah bağlaması halları azalıb.

2014-cü ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı 1499 olub. Sonrakı illərdə isə bu rəqəm getdikcə azalıb.

2015-ci ildə 1281 nəfər, 2016-cı ildə 1121 nəfər, 2017-ci ildə 1158 nəfər, 2018-ci ildə 1060 nəfər, 2019-cu ilin yanvar-fevral ayları ərzində 132 nəfər Azərbaycan kişisi əcnəbi qadınla ailə qurub. Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar