Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aliment ödəməyən şəxs hansı halda həbs edilə bilər?

Tarix: 13-06-2019 22:41     Baxış: 3147 A- / A+
Aliment ödəməyən şəxs hansı halda həbs edilə bilər?


Bildiyimiz kimi, ödən gün şair Murad Kəöhnəqala aliment ödəmədiyi üçün məhkəmənin qərarı ilə həbs edilib. Yaxınları heç bir yerdə işləməyən, gəliri olmayan adamın məhkəmə tərəfindəbn aliment borcuna görə həbs edilməsini qınayıblar. Bəs, qanunvericilikdə hansı hallar nəzərdə tutulub? Şəxsin heç bir gəliri yoxdursa, o, aliment borcuna görə həbs edilmə bilərmi?

Məsələ ilə bağlı Manevr.az suallarını vəkil Balabəy Məlikov cavablandırıb.

Onun sözlərinə görə, məhkəmə şəxsin işi ilə bağlı ciddi araşdırma aparmalıdır: "Ola bilər ki, şəxsin heç bir rəsmi iş yeri yoxdur, ancaq qeyri-rəsmi gəliri var. Belə ki, şəxs ticarət ilə də məşğuldur. Bu halda həmin adam sistem tərəfindən rəsmi işçi kimi qeydiyyata düşmür. Əgər sabit pul məbləğində aliment nəzərdə tutulubsa, bilərəkdən və ya qəsdən ödəməkdən yayınılırsa və icraçı da bunu araşdırıb müəyyən edirsə, həbs məsələsi ola bilər. Yəni, bu məsələdə işin hallarını araşdırmaq lazımdır. Amma digər tərəfdəndə şəxs heç bir yerdə işləmirsə, aliment ödəməklə bağlı məsulliyətdən yayınmamalıdır. Əgər doğurdan da məhkəmə tərəfindən təsdiq olunarsa ki, şəxsin heç bir gəlir yeri yoxdur, o zaman həbs seçilməyə bilər. Yenə təkrar edirəm , işin hallarına baxmaq lazımdır".

Digər vəkil Gülşən Salmanova E-huquq.az-a açıqlamasında deyib ki, şəxs üzürlü səbəbdən aliment ödəyə bilmirsə, ona cəza verilməyə bilər: "Amma üzürlü səbəbi yoxdursa, onda mütləq cəzalandırılmalıdır. Məhkəmə onun hansı səbədən ödəyə bilməməsini araşdırmalıdır".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar