Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mobil oyunlardan asılılıq niyə yaranır? – VİDEO

Tarix: 11-06-2019 21:34     Baxış: 3162 A- / A+
Mobil oyunlardan asılılıq niyə yaranır? – VİDEO

Həm uşaqları, həm də böyükləri virtual aləmə cəlb edən əsas faktorlardan biri də onlayn oyunlardır. Hətta iş o yerə çatıb ki, bütün günü iş-gücünü atıb vaxtını bu oyunlara sərf edənlər də var. Daha çox isə yeniyetmə və gənclər arasında...

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: “Bəzən oynadığım vaxtlar olub amma vaxt alır deyə çoxda önəm vermirəm”.

Sakin: “Çox yox arada oynuyuram. Asılılığım yoxdu amma bir dostum var bir onlayn oyunda təxminən 3500 saata yaxın vaxtı var”.

Onlayn oyunlardan asılılıq bekar qalmaqdan irəli gəlir. Kimin boş vaxtı çoxdursa, belə məşğuliyyətə meyillənir, zamanla isə bu, onun daha çox vaxtını almağa başlayır.

Rəşad Əsgərov – Sosioloq: “Ya azyaşlı uşaqlar, məktəblilərdir ki, onlar müəyyən qədər dərsdən sonra boş vaxtları olur valideynlərin nəzarətindən çıxırlar, bu oyunların aludəçisinə çevrilirlər. Digər bir qrup isə müəyyən qədər daimi iş yeri olmuyan və yaxud da asudə vaxtı çox olanlardır”.

Xüsusən, məktəblilərin belə oyunlara çox vaxt sərf etməsi arzuolunmazdır. Bu onların təhsilinə mənfi təsir etməklə yanaşı, formalaşmasına da zərbə vura bilər.

Yaşından asılı olmayaraq davamlı bu oyunları oynayan insanlar günü-gündən acizləşir və ondan əl çəkə bilmirlər. Bu da insanda həm davranış pozuntularına, həmdə psixoloji problemlərə gətirib çıxarır.

Könül Cəfərova - Psixoloq: “Həmin uşaqlar bu virtual aləmin müəyyən qədər gerçəkliklərini özləri üçün şüur altı qəbul edirlər və buda təbiiki ciddi fəsadlar yaratmış olur. Şəxsiyyət pozuntularına gətirib çıxarır və yaxudda həmin uşaqların intiharına gətirib çıxarır. Və yaxudda həmin etaplarda uşaqların real aləmdən uzaqlaşıb sosiallaşmasına mane olur.

Rəşad Əsgərov - Sosioloq: “İnsanları bu oyunlardan asılı olduqca deaktiv vəziyyətə düşürlər aktivlik itir passiv həyat tərzi keçirirlər və bu asılılıq onlarda müxtəlif xəstəliklər yaradır hətta oyuna görə ailə üzvlərinə qarşı uşaqlarına qarşı qohum əqrabasına qarşı müəyyən qədər aqressiv hərəkət edənlər fiziki şiddət göstərməklə nəticələnir”.

Bu bəladan çıxış yolu isə insanlarda ünsiyyəti artırmaqdır. Çünki real dünyada arzuladlığı münasibəti görməyənlər virtual aləmə meyl salırlar.

Könül Cəfərova - Psixoloq: “Bacardıq qədər valideynlər dostcasına həm yeniyetməlik dövründə, mənini tanıma dövründə uşaqlarnan dost olsunlar. Bacardıq qədər onların maraqlarına maraq göstərib onlarla sanki eyni etapa eyni rakursdan eyni pozisiyaya baxmağa çalışsınlar ki, övladlarını nə ilə və ya nə üçün necə məşğul olduqlarının fərqinə varsınlar”.

Bu gün ətrafımızda onlayn oyunlardan asılı vəziyyətə düşən insanlar çoxdur. Həmiş insanlara qarşı münasibətimizi dəyişsək, ünsiyyəti artırsaq onları bu bəladan qutara bilərik. Əks halda isə virtual dünya onları günbəgün reallıqdan uzaqlaşdıracaq və cəmiyyət olaraq bir insanı itirmiş olacağıq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar