Sizin Reklam Burada
Xəbər lenti
18 noyabr
17 noyabr
BÜTÜN XƏBƏRLƏR

Əgər sizdən xırda qəpikləri götürmürlərsə, nə etmək lazımdır?

Tarix: 08-06-2019 21:43     Baxış: 240 A- / A+
Əgər sizdən xırda qəpikləri götürmürlərsə, nə etmək lazımdır?

Mütamadi olaraq sosial şəbəkələrdə insanlar 1,3 və 5 qəpiklərin dükanlarda, alış-veriş mərkəzlərində və digər yerlərdə götürülməməsindən gileylənirlər. Daha çox belə hallara kiçik marketlərdə və avtobuslarda rast gəlinir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov media.z-a açıqlamasında belə hallarla qarşılaşan vətəndaşlara İqtisadiyyat Nazirliyinə müraciət etməyi məsləhət görüb, çünki qanunda bu məsələ barəsində yazılmır.

O qeyd edib ki, bu cür hallarla bağlı şikayətlər ayda bir dəfə olur və əksər vaxtlarda onları telefon zəngləri vasitəsi ilə həll etmək mümkün olur.

“Biz dükana zəng edirik, onlarla danışırıq və nəticədə istehlakçı ilə yaranmış problemi həll edirlər. Lakin hesab edirəm ki, əgər pul dövriyyədədirsə, onu qəbul etməməyə heç kimin haqqı yoxdur”, - deyə E. Hüseynov bildirib.

Hüquqşünas Elçin Qəmbərov isə qeyd edib ki, xırda qəpikləri qəbul etməkdən imtina qanun pozuntusudur.

“Bunu faktiki olaraq respublikanın maliyyə siyasətinə qarşı sabotaj kimi dəyərləndirmək olar. Bu, ölkənin maliyyə qüdrətini sarsıdır. Əgər pul dövriyyədədirsə, xırda olduğuna görə heç kimin onu qəbul etməməyə haqqı yoxdur. Əgər bu hal avtobusda baş verirsə, sərnişindaşımaya görə cavabdeh olan şirkətə, habelə Maliyyə Nazirliyinə, yox əgər dükanlarda baş verirsə, təkcə Maliyyə Nazirliyinə yazmaq lazımdır. Onlar inzibati cəza təyin edə bilər”, - deyə o vurğulayıb.

Vəkilin sözlərinə görə, başqalarına dərs olsun deyə, qanunu pozanlara qarşı sərt tədbirlər görülməlidir.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar