Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dilqəm Əsgərov baba oldu: adını Dilqəm qoydular - ŞƏKİL

Tarix: 08-06-2019 10:58     Baxış: 4210 A- / A+
Dilqəm Əsgərov baba oldu: adını Dilqəm qoydular - ŞƏKİL


5 ildir erməni girovluğunda saxlanan Dilqəm Əgərov baba olub.

Manevr.az bildirir ki, bu barədə modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov qismən də olsa anasına verdiyi sözünü reallaşdırdığını bildirib: "Anam atamın həsrətini çox çəkirdi. Anama söz vermişəm ki, atam azad olunub gələnə kimi onun azadlığı uğrunda mübarizə aparacam. Anamın az da olsa Dilqəm həsrətini yumşaltmaq üçün qərar verdim ki, atamsız evlənim və elə də oldu. Evləndim və bu gün bir oğlum oldu. Uşaq Şəmkirdə doğuldu. Adını Dilqəm qoydum".

O, öz oğlunu anasına hədiyyə etdiyini vurğulayıb: "İstəyirəm anam az da olsa balaca Dilqəmlə baba Dilqəm azad olub gələnə kimi təsəlli tapsın".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin qondarma "məhkəməsi” D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Dilqəm Əsgərov baba oldu: adını Dilqəm qoydular - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar