Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin 4 önəmli mesajı… – TƏHLİL

Tarix: 07-06-2019 16:58     Baxış: 3161 A- / A+
Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin 4 önəmli mesajı… – TƏHLİL


Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə Naxçıvanda hərbi təlimlərə başlayıb. Bu cür təlimlər Naxçıvanda hər il keçirilir. Ermənistan mediası bidəfəki təlimlərin əleyhinə daha çox yazı yazdı. Müxtəlif versiyalar səsləndi. Ən başlıcası Ermənistan Naxçıvandakı təlimləri özünə qarşı təhlükə kimi qiymətləndirir. Bəzi erməni politoloqlar bu təlimlərin hətta Dağlıq Qarabağda müharibə ehtimalını artıracağını bildirdilər.

Naxçıvanda Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında birgə təlimlər hər il keçirilir. Bəs niyə Ermənistan mediası və siyasi ekspertləri budəfəki təlimlərdən daha çox qorxublar?

Görünür, bu cəbhə bölgəsində və Ermənistandakı siyasi vəziyyətlə bağlıdır.

Atəşkəs daima pozulur və hər iki tərəfdən itkilər qeydə alınır. Ermənistan qorxur ki, Azərbaycan ordusu hücuma keçə bilər. Digər tərəfdən Ermənistanda qorxurlar ki, Azərbaycan Ermənistandakı daxili siyasi gərginlikdən öz məqsədləri üçün istifadə edə bilər.

Ermənistanın qorxusu anlaşılandır. Həqiqətən Azərbaycan siyasi elitasında və cəmiyyətində danışıqlara inam qalmayıb, ordunun imkanlarından istifadə edilməsi vacibliyindən danışılır.

Birincisi, Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana xəbərdarlıq mesajıdır. Müharibə başlayarsa Türkiyə Azərbaycana dəstək verəcəyi, ən azı Naxçıvanı qoruyacağı aşkardır. Əgər Ermənistan Rusiyadan daima hərbi dəstək istəyirsə, Azərbaycan da Türkiyədən eyni dəstəyi istəyəcək.

İkincisi, Naxçıvandakı birgə hərbi təlimlər Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması prosesini sürətləndirə bilər. Hətta belə fikirlər səslənir ki, hər hansı birgə hərbi təlimlərdən sonra Türkiyənin hərbi hərbi hissəsi Naxçıvanı tərk etməsin, orada yerləşsin.

Üçüncüsü, Naxçıvandakı hərbi təlimlər Rusiyanı narahat etmir. Bu mövzuda rusiyalı rəsmilərin dilindən hər hansı açıqlama səsləndirilməyib. Bu da Ermənistanda narazılıq yaradır. Rusiya NATO-nun Gürcüstandakı təlimlərini tənqid edir. Ancaq Rusiya NATO dövləti olan Türkiyənin Azərbaycanla birgə hərbi təlimlərinə etiraz etmir. Çünki, Rusiyanın özü Türkiyə ilə əməkdaşlıq edir, qardaş ölkəyə müasir raketlər satır. Ona görə də Kreml Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə qarşı etiraz etmək istəmir. Bunun özü də Azərbaycanın xeyrinədir.

Dördüncüsü, Naxçıvandakı hərbi təlimlərin psixoloji tərəfi də var. Davamlı hərbi təlimlər orduda torpaqları azad etmək ruhunu artırır. Yəni torpaqları güc yoluyla geri qaytarılmasına qərar verilməsə belə, hərbi təlimlər yoluyla artan ruh yüksəkliyi alternativ yollara baş vurma istəyini artırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar