Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı məşhur körpü sökülür

Tarix: 05-06-2019 10:57     Baxış: 3234 A- / A+
Bakıdakı məşhur körpü sökülür


"Təklif olunan dövlət layihəsinə əsasən "Qaqarin” körpüsü kimi tanınan "Cavanşir” körpüsü söküləcək və onun yerində yol tikiləcək”.

Bunu nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bu günlərdə təqdim olunmuş layihənin foto şəklini göstərərkən deyib. Ekspert hesab edir ki, layihə diqqətəlayiqdir, lakin qeyri-müəyyən fikirlər yaradır.

"1962-ci ildə "Qaqarin” körpüsünün (yeri gəlmişkən bu körpü yox, üst keçid, estakadadır) tikintisinin bir məqsədi var idi – Bakı dəniz yük limanını Bakı-Yük dəmir yol stansiyası ilə birləşdirmək, avtomobillərin qarşısından şlaqbaum və dəmir yol keçidini götürmək. İndi isə Bakı yük limanı başqa yerə köçürülüb. Buna görə də körpünün və onun altından keçən dəmir yolunun əhəmiyyəti itib”, – deyə ekspert bildirib.

Abdullayev deyir ki, körpü köhnəlib, onu yararlı vəziyyətdə saxlamaq üçün yatırımlar etmək və rekonstruksiya aparmaq lazımdır.

Ekspert əlavə edib ki, ikinci həll yolu körpünü söküb onun yerində yol tikməkdir.

"Hal-hazırda körpünün altından piyadalar keçir, orada avtomobillər saxlanılır. Ərazidə hətta Yol Polisinin cərimə dayanacağı da yerləşir. Yeni layihədə isə piyada keçidi yoxdur, amma körpünün əvəzində altıxətli birtərəfli yol var. Nəzərə alsaq ki, bu yol 150 metrdən sonra Üzeyir Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində işıqfora aparır, onun əhəmiyyəti aydın olmur. Altıxətli yol şəhərə nə verəcək? Bu haqda artıq indidən fikirləşmək lazımdır, məsələn, düşünmək ki, piyadalar yolu necə keçəcəklər. Bu şəhərsalma məsələsidir. Yaxınlıqda yerli sakinlər üçün park, Port Baku yerləşir. İnsanlar yolu necə keçib ora gedəcəklər? Bu məsələni öncədən həll etmək lazımdır. Həmçinin orada çoxsəviyyəli dayanacaq tikmək lazımdır” – deyə Abdullayev bildirib. (Baku.ws)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar