Sizin Reklam Burada
Xəbər lenti
15 sentyabr
14 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda əkizlərin sayı artıb - Həkim çağrış etdi

Tarix: 31-05-2019 12:02     Baxış: 334 A- / A+
Azərbaycanda əkizlərin sayı artıb - Həkim çağrış etdi


"Sonsuzluq üzrə müalicə alan şəxslər daha çox əkiz və ya üçüz uşaq istəyirlər. Ancaq bu xəstələrin istəməsindən asılı deyil, çünki onlar bunun zərərlərini bilmirlər".

Manevr.az xəbər verir ki, bu sözləri lent.az -ın çoxdöllü hamiləliklə bağlı suallarını cavablayarkən cərrah-ginekoloq, uzman həkim Rəşad Sultan deyib. O bildirib ki, həkimlər vəzifə borcu olaraq bu cür hamiləliyin zərərlərini izah etməlidirlər:

"Hamiləlik riskli bir vəziyyətdir, məsələn, bu dövrdə 10-20 % hallarda ana, döl üçün zərərli olacaq vaxtından əvvəl doğuş və yahamiləliyin başqa patalogiyaları ola bilir. İş ondadır ki, çoxdöllü hamiləlikdə bu problemlərə daha çox rast gəlinir. Yəni, bu an risklər artdığı üçün artıq normal hamiləlik yox, pataloji hamiləlik olur. Bununla da hamiləlik dövrünü 9 aya qədər çatdırmaq çətinləşir.

Dünya statistikasında var ki, çoxdöllü hamiləliklərdə vaxtından əvvəl doğum daha çox baş verir. Ona görə də biz sonsuzluq müalicəsi apardığımız zaman hər hansı bir vasitə ilə qadının hamilə qalmasına çalışdıqda adi müalicə və ya süni mayalanmanın hər ikisində çalışırıq ki, təkdöllü hamiləlik olsun. Çoxdöllü hamiləlik isə bizim üçün arzuolunmaz olur".
Uzman həkim əlavə edib ki, süni mayalanma zamanı müəyyən sayda ana bətninə rüşeym qoyulur:

"Biz bunun üçün hazırda 3 rüşeym qoyuruq, ancaq Türkiyədə çöxdöllü hamiləliyin riskli olması ilə bağlı rüşeymi ikiyə, Avropada isə birə endiriblər. Yəni, onlar hamiləliyin olma faizini bilə-bilə azaldırlar ki, təki çoxdöllü hamiləlik olmasın. Bunun zərərlərindən biri də həmin doğum zamanı uşaqların şikəst olmaq da ehtimallarıdır.Adi müalicədə isə biz dərman verərək, qadında folekul yetişdiririk. Bu dərmanın da dozası elə seçilməlidir ki, cəmi 1 və ya maksimum 2 yumurta yetişsin. Əgər dərmanın dozası çox olsa, hamilə qalma şansı çoxalır, amma bu hamiləliyin çoxdöllü olması da baş verə bilər".

Rəşad Sultan əlavə edib ki, bundan başqa süni mayalanmada 3 rüşeym qoyulduğu üçün maksimum 3 uşaq ola bilər, ancaq adi müalicə zamanı uşaq sayı 6, 7 də ola bilər:

"Bunu qəhrəmanlıq kimi qələmə vermək isə savadsızlıqdır. Bu cür hallarda çox vaxt ağırlaşmalar olur, əksər vaxtlarda xəstəni müayinə edirlər və ultrasəsdə görünür ki, 7 uşaq olacaq. Hamı sevinir, fəxr edirlər. Ancaq bu cür hamiləlik əminliklə deyirəm ki, düşüşlə nəticələnir.

Həmçinin Azərbaycanda heç 7 uşaq olmağını görmüsünüzmü? Bunu nadir hallarda ancaq başqa ölkələrdən eşitmək olar. Bizdə isə maksimum 3-4 olur. Bundan artığı mümkünsüzdür, eləcə də çox ciddi riskdir".

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Bakıda uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib. 2-si qız, 2-si oğlan olan körpələrin tam sağlam olduğu bildirilir.

10 mayda isə Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəldi. Ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır. Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub. Bu, ananın ikinci hamiləliyi olub.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar