Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yevlax Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma başa çatır

Tarix: 30-05-2019 17:25     Baxış: 3127 A- / A+
Yevlax Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma başa çatır


Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək qayğısı bu kateqoriyalardan olan vətəndaşlar üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımların atılmasına imkan verib.

Manevr.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadənxəbər verir ki, bir sıra bərpa müəssisələrində olduğu kimi, Yevlax Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində də yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır. Bu məqsədlə müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir.
Müəssisə Yevlax rayonunda və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Burada bərpa müalicəsi baxımından effektiv təsirə malik səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında və müasir avadanlıqlardan istifadə olunmaqla vətəndaşlara kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin əlilliyi olan şəxslərin müalicə idmanına cəlb olunması, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər aparılacaq.

Mərkəzdə müvafiq sahədə müasir metodika və texnologiyalardan da geniş istifadə ediləcək. Əsaslı təmir və yenidənqurma işləri zaman müəssisədə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin təmin edilməsi, burada onların maneəsiz hərəkət imkanlarına malik olmaları da diqqətdə saxlanılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar