Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda keçmiş “məmurlar” arasında silahlı insident baş verdi

Tarix: 30-05-2019 10:10     Baxış: 3116 A- / A+
Ermənistanda keçmiş “məmurlar” arasında silahlı insident baş verdi


Qarabağdakı separatçı rejimin keçmiş “ordu komandanı” Samvel Babayanın tərəfdarları Ermənistan ərazisində silahlı hücuma məruz qalıb. Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, bir qrup silahlı şəxs Samvel Babayanın adamlarının yolunu kəsərək, onlara atəş açıblar. Bu haqda Samvel Babayanın ofisi məlumat yayıb.

“Mayın 29-da, təxminən saat 03: 30-da, Sevan-Martuni yolunda Samvel Babayanın silahdaşlarına silahlı banda tərəfindən atəş açılıb”.

Bəyanatda deyilir ki, həmin silahlı banda Qarabağdakı rejimin “keçmiş baş nazir”i, “Azad Vətən” Partiyasının rəhbəri Araik Arutyunyanın rəhbərlik etdiyi gənclərdir.

“Hadisənin Ermənistan ərazisində baş verdiyini nəzərə alaraq, Ermənistanın zərər çəkmiş vətəndaşları kimi Milli Təhlükəsizlik Xidmətini bu şəbəkəni tapmağa və neytrallaşdırmağa çağırırıq”, – bəyantda deyilir.

Bəyanat müəllifləri həmçinin bildiriblər ki, əgər hüquq-mühafizə orqanları müvafiq ölçü götürməsə, onlar da eyni cür tədbirlərdən istifadə etməyə və eyni tərzdə cavab verməyə məcbur olacaqlar.

Xatırladaq ki, son vaxtlar Ermənistanda Nikol Paşinyan hakimiyyəti ilə “Qarabağ klanı” arasında savaş gedir. Ermənistanda hakimiyyətdən salınan “Qarabağ klanı” Paşinyan hökumətinə əks-hücuma keçib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar