Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu sənədləri daha qısa müddətdə almaq mümkün olacaq

Tarix: 30-05-2019 08:57     Baxış: 396 A- / A+
Bu sənədləri daha qısa müddətdə almaq mümkün olacaq


Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazə vərəqələri, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin daha qısa zaman ərzində alınması mümkün olacaq.

Manevr.az bildirir ki, bununla əlaqədar "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilir.

Yeni dəyişikliklərdə həmin sənədlərin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib.

Qanunun hazırkı variantına görə, müvəqqəti yaşamaq üçün icazə vəsiqələri 20 gün, daimi yaşamaq üçün 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi 20 gün müddətində verilir.

Qanun layihəsi nisbətən daha artıq miqdarda dövlət rüsumu ödəməklə bu sənədlərin daha qısa müddətdə verilməsi imkanını nəzərdə tutur.

Belə ki, layihədə müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin 15 və 20 gün, daimi yaşamaq üçün 35, 40 , 50 və 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın 1 və 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin 10, 15 və 20 gün müddətində verilməsi təklif edilir./ trend/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar