Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllimlər haqda heyrət doğuran statistika - 68 min maaş

Tarix: 29-05-2019 16:45     Baxış: 3183 A- / A+
Müəllimlər haqda heyrət doğuran statistika - 68 min maaş

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı 2010-2013-cü illərdə bu təşkilata üzv olan təqribən 30 ölkədə “Təhsil sistemi və təlimin beynəlxalq araşdırılması” adını almış müəllimlərin peşə fəaliyyətinin xüsusiyyətlərini öyrənən geniş araşdırma və təhlil aparıb.

Araşdırmanın nəticəsi ilə bağlı danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, əksər dünya ölkələrinin alimləri şagirdləri riyaziyyat fənni üzrə yüksək nəticə göstərən Sinqapurun təhsil sisteminə heyran olublar.

“Təhsil alanların təlim nailiyyətlərinin qiymətləndirilməsi“ təşkilatının monitorinqlərinin nəticələrinə əsasən məlum olub ki, Finlandiyanın təhsil sistemində çalışan müəllimlərin uğurlu əməyi nəticəsində bu ölkədə təhsil alanlar əldə etdikləri bilikləri praktikaya səmərəli şəkildə tətbiq edə bilirlər.

Effektivliyinə görə Finlandiyadan sonra Cənubi Koreya, Çexiya və Macarıstan respublikalarının təhsil sistemləri ilk sırada yer alır. Araşdırmaların nəticələrinə görə, Braziliya və İndoneziya təhsil sistemləri keyfiyyət və qiymətləndirməyə görə ən aşağı göstəricilərə malikdir.

Ən yüksək maaşı hansı ölkənin müəllimləri alır?

Araşdırılma aparılmış 30-a qədər ölkədə müəllimlərin əməkhaqqının miqdarına görə İsveçrə dünyada liderdir. Orta illik əmək haqqının 50.000 dollar təşkil etdiyi bu ölkədə ümumtəhsil məktəblərində işləyən müəllim orta hesabla illik 68.000 dollar əməkhaqqı alır.

Ümumilikdə təhsil sisteminə görə dünyada lider sayılan Böyük Britaniyada müəllimin orta illik əmək haqqı 40.000 dollardan bir qədər artıqdır və dünyada müəllimlərə verilən əmək haqqına görə 13-cü yerdə durur. Fransada bu rəqəm 33.000, Yunanıstanda 25.000 dollar təşkil edir.

İnkişaf etmiş bir çox dövlətlərdə müəllimlərin orta illik əmək haqqı aşağıdakı kimidir (min dollarla):

İsveçrə - 68,82; Hollandiya - 57,87; Almaniya - 53,73; Belçika - 51,47; Cənubi Koreya – 47,34; İrlandiya – 47,3; Yaponiya – 45,93; Avstraliya – 44; Finlandiya – 42,81; Danimarka – 41,71; İspaniya – 41,52; ABŞ – 41,46; Böyük Britaniya – 40,91; Avstriya – 37,41; Yeni Zelandiya – 34,76; Portuqaliya – 34,59; Fransa – 33,57; Norveç – 33,13; Sloveniya – 32,48; İsveç – 31,61; İtaliya – 31,46; İslandiya – 29,48; Yunanıstan – 25,75; İsrail – 19,55; Çexiya – 18,61; Türkiyə – 17,18; Çin – 16,41;Braziliya – 14,94; Macarıstan – 14,46 ; İndoneziya – 2,83.

Braziliyada hər müəllimə 32, Portuqaliyada 7 şagird düşür

Dünyada hər müəllim payına düşən uşaq sayına görə Braziliya ön sırada yer tutur. Bu ölkədə hər müəllimə 32 şagird düşdüyü halda, Portuqaliya sıranın sonunda yer alır. Portuqaliyada hər müəllimə 7 şagird düşür.

İsraildə müəllimlik ən nüfuzsuz peşədir


Ayrı-ayrı ölkələrdə müəllimlərin nüfuzunu araşdıran GTSİ təşkilatının (Global Teacher Status Index 2013) hesablamalarına görə, müəllimlərin ən çox hörmət və nüfuza malik olduğu ölkə Çin Xalq Respublikasıdır.

ABŞ və Böyük Britaniya bu siyahıda orta mövqedə, Cənubi Koreyadan da aşağı yerdə dururlar. Araşdırma aparılmış 21 ölkə arasında son yerdə İsrail qərarlaşıb. Bu nəticəyə təşkilat üzvləri həmin ölkələrdə 1000 valideynə ünvanlandığı “Övladınızın müəllim peşəsini seçməsini istərdinizmi” sualının cavablarının yekunu olaraq gəlinib. Eyni sorğuda iştirak edən çinli valideynlərin 75 faizi isə “bəli” cavabını veriblər.

Müəllimləri ən çox işləyən ölkə


TALİS (Tiçinq ənd Löninq İnternəşnl Sörvi) təşkilatının araşdırmalarına əsasən, beynəlxalq təcrübədə müəllimlərin orda çalışma vaxtı həftədə 38 saat olaraq müəyyən edilib. Böyük Britaniyada bu rəqəm 8 saat çox - 46 saat təşkil edir. Finlandiyada müəllimlər həftədə 32 saat, İtaliyada isə 29 saat işləyirlər. Dünyada ən çox işləyən Yaponiya müəllimləridir - həftədə 54 saat.

Bu ölkədə qadın müəllim azdır


Dünya üzrə müəllimlərin 68 faizini qadınlar təşkil edir ki, onların da orta yaş həddi 48-dir. Qadın müəllimlərin sayına görə Latviya liderdir – 88,7 faiz, ondan sonra Estoniya – 84,5 faiz, daha sonra Sloveniya Respublikasıdır – 81,8 faiz.

Bolqarıstanda müəllimlərin 81,2 faizi, İtaliyada 78,5 faizi, Çexiyada 76,5 faizi, İsraildə 76,3 faizi, Polşada 74,9 faizini qadınlar təşkil edir. Qadın müəllimlərin daha az çalışdığı ölkələr isə Hollandiya (54,6 faiz) və Meksika (53,8 faiz) dövlətləridir. Yaponiya isə qadın müəllimlərin ən az olduğu ölkədir. Burada qadın müəllimlər bütün müəllimlərin cəmi 39 faizini təşkil edir.

Ən yaşlı müəllimlər haradadır?


Orta yaşa görə İtaliya ən yaşlı müəllimlərə malikdir. Bu ölkədə müəllimlərin orta yaş həddi 48,9 yaşdır. Estoniyada bu rəqəm 47,9, Bolqarıstanda 47,4, Malayziya 38,9, Əbu-Dabidə (BƏƏ) 38,7-dir. Ümumilikdə isə bu siyahıya Sinqapur rəhbərlik edir. Bu ölkədə müəllimlərin orta yaş həddi 36-dır.

Ali təhsilli müəllimlər hansı ölkədə daha çoxdur?

Ali təhsil səviyyəsinə görə Avstraliya və Polşa dövlətləri liderdir. Bu ölkələrdə müəllimlərin 99,9 faizi ali təhsillidir. Cənubi Koreyada müəllimlərin 99,8 faizi, Xorvatiyada 82,3 faizi, Çilidə 81,6 faizi, İtaliyada isə 80,5 faizi ali təhsillidir.

TALİS-in araşdırmalarına görə, iş saatlarında yalnız dərs saatlarının tədrisinə görə Çili öndədir - 26,7 saat. Bu rəqəm göstərilən ölkələrdə müvafiq olaraq dəyişir. Braziliyada 25,4 saat, Meksikada 22,7 saat, Finlandiyada 20,6 saat, Böyük Britaniyada 19,6 saat, Fransada 18,6 saat təşkil edir. Bu sahədə daha az göstəricilərə Hollandiya 16,9 saat, Ruminiya 16,2 saat, Norveç 15 saat malikdir.

TALİS-in hesabatında həmin ölkələrin müəllimləri yerdə qalan digər iş saatlarını tədrislə bağlı planlaşdırmaya, növbəti dərslərə hazırlaşmağa, məktəbin ümumi işlərində iştirak etməyə, şagirdlərlə əlavə məşğul olmağa, onlara müxtəlif məsləhətlər verməyə, valideynlərə, rəhbərliyə hesabatların hazırlanıb çatdırılmasına sərf edirlər.

Təhsilə ən çox pulu kim xərcləyir?


Dünyada təhsil sisteminə ən çox pulu ABŞ xərcləyir - illik 809 milyard dollar. Yaponiya 160 milyard dollar, Almaniya 154 milyard dollar, Braziliya 146 milyard dollar, Fransa və Böyük Britaniya isə təhsilə illik 123 milyard dollar pul ayırır. BMT-nin məlumatına (2015-ci il) əsasən, hər il dünyada 8 milyon yeni müəllimə tələbat var.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar