Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“28 May - Milli qürur günümüz”

Tarix: 28-05-2019 13:44     Baxış: 3236 A- / A+
“28 May - Milli qürur günümüz”


28 May Respublika günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.Artıq 28 ildir ki, Respublika günü dövlət bayramı kimi ölkəmizdə qeyd edilir.

Bu münasibətlə, Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.


Sabirabad Regional Mədəniyyət idarəsinin mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Tədbirdə məruzə edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov iştirakçıları dövlətçilik tarixində mühüm yer tutan,onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi münasibətilə təbrik edərək Azərbaycanın bugün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulduğunu vurğulamışdır. Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür yaşasa da xalqımızın yaddaşında əbədi iz qoydu,milli dövlətçilik ənənələrinin XX əsrin sonunda yenidən bərpa edilməsində siyasi və mənəvi bir məktəb oldu, xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdi. Daha sonra tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi münasibətilə bayram konserti ilə davam etdi. Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Q.Quliyev adına Xalq Çalğı Ansamblının və Ü.Hacıbəyli adına Musiqi Məktəbi xanəndələrinin ifasında bir birindən rəngarəng musiqi sədaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar