Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mövsüm başladı: pasport almaq istəyənlərin nəzərinə - Qaydalar

Tarix: 28-05-2019 10:28     Baxış: 3128 A- / A+
Mövsüm başladı: pasport almaq istəyənlərin nəzərinə - Qaydalar

Yay fəsli yaxınlaşdıqca vətəndaşların bir qismi ölkə daxilində, bir qismi isə xarici ölkələrdə istirahət etməklə bağlı planlar qurur. Bəzi vətəndaşlar müstəqil şəkildə, bəziləri turizm şirkətlərinin elan etdiyi tur-paket kampaniyaları ilə xaricə səfər etməyə hazırlaşır. Lakin xaricə səfər üçün əvvəlcə ümumvətəndaş (xarici) pasportu olmalıdır.
Manevr.az xəbər verir ki, axar.az mövzunun aktuallığını nəzərə alaraq, ümumvətəndaş (xarici) pasportunun verilməsi qaydasını təqdim edir:

18 yaşı tamam olmuş vətəndaşlara ümumvətəndaş (xarici) pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

18-35 yaşlı şəxslər Şəxsiyyət vəsiqəsi, həmçinin kişilər hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi haqqında vəsiqəni ASAN Xidmətə təqdim etməlidir.

18 yaşına çatmamış uşaqlara ümumvətəndaş pasportunun verilməsi üçün valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri olmalıdır.

Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra ödənilən dövlət rüsumunun məbləğinə uyğun olaraq 1, 5 və ya 10 iş günü müddətinə verilir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 18 yaşı tamam olmuş şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilib:

10 iş gününə - 40 manat,

5 iş gününə - 80 manat,

1 iş gününə - 160 manat.

18 yaşına çatmamış uşaqlara ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı və şəxsiyyət vəsiqələri tələb olunur.

18 yaşı tamam olmamış vətəndaşlara ümumvətəndaş pasportlarının 10 iş günü ərzində verilməsi və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur:

1 yaşınadək uşaqlar üçün - 10 manat

1 yaşından 3 yaşınadək uşaqlar üçün - 20 manat

3 yaşından 18 yaşınadək uşaqlar üçün - 30 manat

5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- 1 yaşınadək uşaqlar üçün - 20 manat

- 1 yaşından 3 yaşınadək uşaqlar üçün - 40 manat

- 3 yaşından 18 yaşınadək uşaqlar üçün - 60 manat

- 18 səkkiz yaşına çatmış vətəndaşlara - 80 manat

1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- 1 yaşınadək uşaqlar üçün - 40 manat

- 1 yaşından 3 yaşınadək uşaqlar üçün - 80 manat

- 3 yaşından 18 yaşınadək uşaqlar üçün - 120 manat

Qeyd edək ki, ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar