Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ətin qiyməti niyə bahadır?

Tarix: 26-05-2019 21:04     Baxış: 2183 A- / A+
Ətin qiyməti niyə bahadır?


Cari ilin yanvar-aprel aylarında Azərbaycana 23 milyon 796,57 min ABŞ dolları dəyərində ət idxal edilib.

Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu göstərici ötən ilin eyni dövrü (19 milyon 357,37 min dollar) ilə müqayisədə 22,93 faiz çoxdur.

Statistik məlumatlara əsasən ölkə özünün ət və ət məhsullarına olan tələbatının 84.7 faizini təmin edir.

Mövzu ilə əlaqədar lent.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Vahid Məhərrəmov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı adambaşına illik norma kimi əti 74 kiloqram müəyyənləşdirib:

"Bu o deməkdir ki, ölkə il ərzində təxminən 7980 min ton ət istehsal etməlidir. Azərbaycan isə 320000 ton ət istehsal edir ki, bu da onun yarısı qədər belə deyil. Bu, ümumi rəqəmin 40 faizidir. Belə olanda isə defisit, yəni ət çatışmazlığı yaranır. Ölkədə nisbətən alıcılıq qabiliyyəti artanda isə o dəqiqə ətə ehtiyac yaranır və daxildə kifayət qədər ət olmadığı üçün xaricdən idxal olunur”.

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycan yetərincə ət istehsal edə bilmədiyi üçün bazarda qiymət stabil deyil və ölkədə Gürcüstan, İran, Ermənistan, Rusiya və digər ölkələrə nisbətən ətin qiyməti yüksəkdir:

"İdxal səbəbləri, birincisi, ət çatışmazlığına görə, ikincisi isə qiymətlərin baha olması səbəbindəndir. Qiymətlərin baha olmasına səbəb isə təklifin yetərincə olmamasıdır. Yəni istehsal və idxalla birlikdə ət 380 min tona yaxın olur ki, ümumilikdə bu da ölkə əhalisinin ətə tələbatını ödəmir”.

V.Məhərrəmov son olaraq deyib ki, Azərbaycanda ət ilə özünü təminat 40 %, idxalla birlikdə isə təxminən 56-57%-dir:

"Azərbaycan çox az sayda ölkələrdəndir ki, ərzaq məhsulları ilə bağlı illik normaları qəbul etməyib və etmir. Rusiyada, eləcə də dünyanın bütün ölkələrində, hətta Tacikistanda belə bu normalar qəbul edilib. Tələbatın ödənməsində 85% isə ona əsaslanır ki, Azərbaycanda adambaşına illik norma 35 kq götürülür”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar