Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 700 quşun adı dəyişdirilir? - RƏSMİ CAVAB - VİDEO

Tarix: 26-05-2019 10:38     Baxış: 4205 A- / A+
Azərbaycanda 700 quşun adı dəyişdirilir? - RƏSMİ CAVAB - VİDEO



Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə 700 quşun adının dəyişdirilməsi ilə bağlı xəbərlər yayılıb. Bu məsələ sosial şəbəkə izləyiciləri tərəfindən ciddi tənqidlərə məruz qalıb.


Manevr.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib ki, ölkə faunasındakı 700 quşun adının dəyişdirilməsi ilə bağlı yayılan xəbərlər yalandır.

Direktor bildirib ki, bir müddət əvvəl Zoologiya İnstitutu, Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aparıcı ornitoloqlarından ibarət komissiya yaradılıb. Yekunda da bəzi quş adlarının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib və Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib. Burada 700 yox, 19 quş növündən söhbət gedir.

Bu 19 quşun bəzilərinin adı dəyişdirilib, bəziləri isə iki adla qeyd edilib.

Terminologiya Komissiyasının rəyindən sonra isə yenidən mütəxəssislər tərəfindən müzakirələr aparılacaq və yekun qərar veriləcək.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar