Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

8 xəstəliyi olan məktəb direktorundan maraqlı açıqlama - ŞƏKİL

Tarix: 23-05-2019 14:14     Baxış: 3424 A- / A+
8 xəstəliyi olan məktəb direktorundan maraqlı açıqlama - ŞƏKİL


Lerik rayonun M.Qafarov adına Siyov kənd tam orta məktəbinin direktoru İlham Əmirov eyni vaxtda səkkiz xəstəlikdən əziyyət çəkirmiş.

Manevr.az bildirir ki, sözügedən məktəbdə işləyən Zeynalov Əliman Əlimusa oğlu ölkə.az-ın redaksiyasına göndərdiyi məktubda bildirir ki, kollektiv bundan aprel ayınnı 22-də xəbər tutub:

"Biz bir ay öncə bilmişik ki, direktorumuz II qrup əlil kimi pensiya alır. Onun haçansa xəstələnməsi haqqında heç kimin xəbəri yoxdur. Əgər o xəstələnsəydi, xəstəxana bülleten verərdi və həmin bülleten məktəbin yerli həmkarlar təşkilatının iclaslarında müzakirə olunmalı idi. Bunların heç biri olmayıb. "Pulunu ver, şəklini çəkdir" prinsipi ilə təqaüdə çıxmış direktorumuz Əmirov İlham Əvəz oğlu müəllimlikdən başqa çox şeylər bilirmiş. Direktoru olduğu məktəbdə törətdiyi saxtakarlıqlar azmış, saxta yolla pensiya almaqla da dövlətimizin büdcəsini talamaq və çoxlu pul qazanmaq istəyir. Xahiş edirəm bu işlə əlaqadar araşdırma aparasınız və ictimailəşdirəsiniz".

Əməkdaşımız sözügedən məsələ ilə bağlı İlham Əmirovla əlaqə saxlayıb. Direktor bildirib ki, səsləndirdiyi ittihamlara görə Əliman Zeynalovu məhkəməyə verib:

"O adam mənimlə qərəzlidir. Uzun müddətdir ki, haqqımda böhtan xarakterli məktublar yazır. O ki qaldı xəstəliyə, bəli, mən xəstəyəm. Əgər xəstəlik sənədi səhvdirsə, istənilən vaxt ləğv edilsin, etirazım yoxdur. Əlimanın yazdıqlarına gəlincə, onu 20 min təzminat tələbi ilə məhkəməyə vermişəm".

Əməkdaşımızn "səkkiz xəstəliyi olan şəxs direktor ola bilərmi" sualını İ.Əmirov belə cavablandırıb:

"Xəstəliyi mən təyin etməmişəm. Elə başa düşürəm ki, ikinci qrup əlil direktor işləyə bilər. O kağızı da mənə tibbi ekspert komissiyası verib".

Qeyd edək ki, şikayətçinin redaksiyamıza göndərdiyi sənəddə direktor İlham Əmirovun bir neçə xəstəlikdən (Böyük Betta-talassemiya, davamlı anemiya ilə müşayiət olunan xroniki anemiya, qaraciyərin böyüməsi, hiposplenizm, əməliyyatdan sonrakı aspleniya. dalağın götürülməsi, xroniki qan damar çatışmazlığı III dərəcə) əziyyət çəkdiyi qeyd edilir.

8 xəstəliyi olan məktəb direktorundan maraqlı açıqlama - ŞƏKİL
8 xəstəliyi olan məktəb direktorundan maraqlı açıqlama - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar