Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Natiq Cəfərli: “Zorakılığın əsas səbəbi iqtisadi durumla bağlıdır”

Tarix: 23-05-2019 12:13     Baxış: 3239 A- / A+
Natiq Cəfərli: “Zorakılığın əsas səbəbi iqtisadi durumla bağlıdır”

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai təmsil etdiyi qurumun apardığı tədqiqatın nəticələrini açıqlayıb və deyib ki, Azərbaycanda kişilərin 32,5 faizi qadınlara qarşı zorakılıq törədir.

Manevr.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bu, çox aşağı rəqəmdir.

Ekspert deyib ki, reallıqda göstərilən rəqəm azı 2 dəfə daha çox olmalıdır:

“Xanımlara qarşı zorakılıq, ayrı-seçkilik ölkəmizdə çox geniş yayılıb. Bəzi insanlar bunu çürümüş mentalitetlə, bəziləri dinlə, ənənələrlə izah edirlər. Ola bilər ki, ehtimalların hər birinin özünəməxsus rolu var, amma ən başlıca səbəblərdən biri iqtisadiyyatda gizlənib. Bizdə “ailə dəyərləri” adı altında sırınan davranış qaydaları dövlətin sosial institutlarına güvənsizlikdən, bu institutların öz funksiyalarını normal yerinə yetirməməkdən doğur və təməlində iqtisadi səbəblər yatır.

Bizdə valideynlər öz övladlarını ona görə yanlarından buraxmaq istəmirlər ki, qocalanda dövlətin verdiyi təqaüdlə dolana bilməyəcəklərini anlayırlar. Övladlar isə ona görə valideyn himayənsindən kənara çəkilə bilmirlər ki, öz güclərinə ev-eşik qura, evlənib, ailə qurub dolana bilmirlər. Bunun da adını “dəyər” qoyub fəxr edirik ki, bizdə ailəyə daha sıx bağlılıq var. Yaxud da xanımlar öz ərlərinin hər axmaqlığına, hər vəhşiliyinə ona görə dözürlər ki, ölkədəki iqtisadi durum onların ayrılandan sonra müstəqil şəkildə yaşamalarına, keçmiş ərlərindən normal aliment almamarına imkan olmur. Yəni, rəsmi maaşı 300-400 manat civarında olan işləyən xanım belə zorakılığa dözür ki, ayrılsa özünü, övladlarını dolandıra bilməyəcək. Hələ mən işsiz, təhsilsiz evdar qadınları demirəm – onların vəziyyəti lap acınacaqlıdır”.

Natiq Cəfərli hesab edir ki, ölkədə kişi dominantlığının, zorakılığının əsas səbəbi iqtisadi durumla bağlıdır, dövlət institutlarının zəifliyi, institutlara güvənsizliklə izah edilir:

“Qadına qarşı zorakılığın azalması yolu iqtisadi rifahdan keçir, iqtisadi səbəblərə bağlıdır. Yüksək təhsilli, gəlirli xanımların artması onlara özgüvən gətirəcək, kişi zorakılığının azalmasına səbəb olacaq. Ona görə də bu məsələni müzakirə edərkən nəticələrə deyil də, səbəblərə köklənmək lazımdır”.cebhe.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar