Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb

Tarix: 22-05-2019 18:22     Baxış: 3165 A- / A+
Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Lerik rayonunun Siyov kənd məktəbinin direktoru Əmirov İlham Əvəz oğlunun heç bir xəstəliyi olmadan əlil kimi pensiya aldığı barədə iddialara cavab verib.

Manevr.az xəbər verir kİ, Nazirliyin mətbuat katibi Fazil Talıbov modern.az-a bildirib ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik məsələləri üzrə işçi qrupu tərəfindən müxtəlif risk qrupları üzrə davamlı olaraq aparılan araşdırmalar nəticəsində əsassız göndərişlər əsasında əlillik təyinatı aparılmış şəxslər müəyyənləşdirilərək əlillik təyinatları ləğv edilir, onlara ödənilən pensiya, müavinət və təqaüdlər geri tutulur.

Ötən dövr ərzində 1300-dən çox belə əlillik təyinatı ləğv edilib və dövlət büdcəsinin illik qənaəti milyonlarla manat təşkil edir.

Araşdırmalar üzrə əlilliyi ləğv edilmiş şəxslərdən də biri məhz Əmirov İlham Əvəz oğludur.

“Ona dair səhiyyə müəssisənin göndərişində qeyd olunmuş talassemiya diaqnozu rəhbər tutulmaqla Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən sırf göndərişdə qeyd edilmiş məlumatlar əsasında 2018-ci ilin yanvar 12-sində müddətsiz II dərəcə əlillik təyin edilmişdi. Bir müddət öncə həmin göndəriş, onu rəsmiləşdirmiş səhiyyə müəssisəsi tərəfindən əsassız olması səbəbindən etibarsız sayılıb.

Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd səhiyyə müəssisənin göndərişidir. Şəxslərə dair göndərişdə əks olunmuş məlumatlar əsasında əlillik təyinatı aparılır.

Nazirlik olaraq bu kimi hallara qarşı tədbiləri davam etdirəcək, paralel olaraq sistemin təkmilləşdirilməsi ilə bağlı və preventiv tədbirlər görülməkdədir”.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar