Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev vətəndaşları qəbul edib

Tarix: 21-05-2019 16:27     Baxış: 3269 A- / A+
Rövşən Rzayev vətəndaşları qəbul edib


Mayın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Manevr.az xəbər verir ki, qəbula gələnlərin əksəriyyəti məcburi köçkünlər olub. Onların hər birinin müraciəti diqqətlə dinlənilib və qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, qeydiyyat, məşğulluq və digər məsələlərlə bağlı olub. Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərində qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.

Bununla yanaşı, məcburi köçkünlərin diqqətin bir daha çatdırılıb ki, Prezident İlham Əliyev onların problemlərinin həlli, xüsusən yaşayış şəraitlərinin yaxşılaşdırılması və bu məqsədlə salınan qəsəbələrin sayının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva vaxtaşırı məcburi köçkünlərlə görüşür, onların problemlərinin qısa müddətdə öz həllini tapmasına çalışır.

Dövlət Komitəsində qəbulda olan vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar