Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni merdən azərbaycanlı biznesmenlərə ÇAĞIRIŞ

Tarix: 20-05-2019 14:14     Baxış: 3141 A- / A+
Yeni merdən azərbaycanlı biznesmenlərə ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, Marneulidə keçirilən mer seçkilərində “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.

Marneuli rayonunun meri seçilən Zaur Darğallı qalibiyyəti ilə bağlı unikal.org-a fikirlərini bildirib. O, açıqlamasında qeyd edib ki, rayonda yeni layihələr həyata keçiriləcək, işsizlik probleminin həlli ilə bağlı addımlar atılacaq:

"Təxminən 79 faizə yaxın səs yığmışıq. Əhalinin böyük dəstəyi ilə qalib gəldim. Biz bilirdik ki, nəticələr yaxşı olacaq. Çünki hər görüşdə əhalinin böyük dəstəyini hiss edirdik. Bu qalibiyyət hər bir Marneuli sakininin qalibiyyətidir. Biz mütləq əhali ilə birlikdə yaxın illərdə burda olan problemlərin öhdəsindən gəlib, həll edəcəyik. Bu il 7 yeni məktəb tikilib, 20-yə yaxın məktəbdə təmir işləri aparılıb.Şəhərin özündə yeni su xətti layihəsi başlayıb. Yeni stadionlar tikilir, azərbaycanlıların yaşadığı kəndlərə yeni yollar çəkilir. Növbəli şəkildə bir neçə ilə həm yerli hakimiyyətin, həm mərkəzi hakimiyyətin planı var ki, infrastruktur problemləri həll olunsun. 2012-ci ildə əgər Marneulinin 15 faizi içməli su ilə təmin olunurdusa, biz bu gün bunu 85 faizə qaldırmışıq.Yaxın illərdə əhali 100 faizli şəkildə su ilə təmin olunacaq. Azərbaycanlı biznesmenləri Gürcüstana dəvət edirik. Gürcüstanda biznes mühiti azaddır. Onlar gəlib azad şəkildə biznes qura bilərlər. Burada yaranacaq hər bir iş bizim əhalinin işlə təmin olunmasına kömək edəcək. Mən mer olaraq, aktiv şəkildə bütün beynəlxalq təşkilatlarla, investorlarla çalışacam ki, Marneulidə yeni iş yerləri yaradılsın.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar