Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rektor “onların üzünə tüpürün” deyib?.. – BSU açıqladı

Tarix: 20-05-2019 12:56     Baxış: 3374 A- / A+
Rektor “onların üzünə tüpürün” deyib?.. – BSU açıqladı

BSU-nun rektoru, professor Nurlana Əliyeva "harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” deməsiylə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. O, heç kəsin ünvanına təhqiramiz, nalayiq ifadə işlətməyib, bu kampaniya sadəcə olaraq, şər və böhtandır.

Bu barədə məlumat axar.az-a Bakı Slavyan Universitetinin mətbuat xidmətindən verilib. Məlumatda bildirilir ki, dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadinlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir:

“Səbəb kimi may ayının 16-da rektorun universitetin akt zalında tələbələrlə görüşü zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir.

N.Əliyeva indiyədək heç vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşərgəsində təmsil olunmasından asılı olmayaraq, bütün insanlarımıza bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb. Dörd mindən artıq tələbənin qarşısında tez-tez çıxış edən rektor hər dəfə cəmiyyətdə həmrəylik, birlik, vəhdətin zəruriliyini vurğulayır, müharibə şəraitində yaşayan ölkəmizdə insanlarımızın bir yumruq kimi birləşməsinin vacibliyini önə çəkir. Belə bir halda onun dilindən cəmiyyətin müəyyən bir təbəqəsinin ünvanına nalayiq ifadənin işlədilməsi mümkünsüzdür.

Bütün bunlar ölkəmizdə narazılıq, qarşıdurma yaratmaq istəyənlərin, Azərbaycanda sabitliyi, qarşılıqlı etimad və inamı pozmaq arzusunda olanların çirkin əməlidir.

Sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edərdik ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyaları ictimaiyyətə çatdırmasınlar, əks təqdirdə bu, hamının başa düşdüyü qərəzə çevrilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın tələbələrlə görüşü zamanı "harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” deməsiylə bağlı məlumat yayılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar