Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosu gecə saat 04:00-a kimi isləyəcək

Tarix: 17-05-2019 16:18     Baxış: 3159 A- / A+
Bakı metrosu gecə saat 04:00-a kimi isləyəcək


Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilləcəyini nəzərə alaraq, paytaxt metropoliteni oyunun keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə "Bakı Metropoliteni"QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub.Bununla yanaşı, oyunun keçirilməsi üzrə təşkilat komitəsinin müraciətinə əsasən, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər edəcək. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

Sərnişinlərə yüksək səviyyədə mədəni xidmət göstərilməsi və onların məmnunluğu məqsədilə may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcək. Üzərinə "Ask me" yazılmış xüsusi geyimlərdə olacaq könüllülər müvafiq qaydada təlimatlandırılaraq, hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar