Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik AÇIQLADI

Tarix: 16-05-2019 15:12     Baxış: 3277 A- / A+
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik AÇIQLADI


Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla, onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.

Manevr.az bildirir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəmkir rayonunda "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.

Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.

Bildirilib ki, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə əmək məzuniyyətlərinin verilməsi üçün hər il yanvarın sonunadək növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.

Tədbirdə əmək münasibətlərinin qeyri-rəsmi şəkildə qurulmasının mənfi nəticələri haqqında da bəhs olunub./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar