Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda övladlığa uşaq götürmə - Hüquqi və psixoloji tərəflər/ ARAŞDIRMA

Tarix: 15-05-2019 15:31     Baxış: 3245 A- / A+
Azərbaycanda övladlığa uşaq götürmə - Hüquqi və psixoloji tərəflər/ ARAŞDIRMA


Ailə kiçik bir dövlətdir, onun üzvləri isə ana, ata və uşaqdır. Uşaq həmdə ailənin gülən üzü, sevinci, bütövlüyüdür. Ancaq bəzi ailələr var ki, onlar övlad sahibi ola bilmir. Övladı olmayan ailələrin taleyi isə çox zaman boşanma ilə nəticələnir. Bəzi cütlüklər isə ailənin dağılmaması üçün müxtəlif yollara əl atır. Bəziləri qohumlarının uşağını övladlığa götürür, bəziləri isə övladlığa uşaq götürmək üçün dövlət qurumlarına müraciət edir.

Bu həm bir-birini sevən cütlüyün ailə bağını qorumaq, həm də cəmiyyətə sağlam bir fərd qazandıra bilmək üçün çox uğurlu addım hesab olunur. Amma bu proses o qədər də asan başa gəlmir.

Manevr.az bu gün övladlığa götürmə qaydaları necə tənzimlənir, yeniliklər nədir necə tətbiq olunur, məsələnin hüquqi müstəvidə həlli necə olmalıdır, bu məsələdə həm ailədə həm uşaqlarda psixoloji vəziyyət və s. mövzusunda araşdırma aparıb.

İlk olaraq bu mövzuda hüquq nə deyir?
Hüquqşünas Xəyal Bəşirov bildirib ki, bu mövzuda əsas məsələ uşaq və onların maraqlarının öndə tutulması və tənzimlənməsidir:

"Azərbaycan qanunvericiliyinə görə, bütün məsələlərdə olduğu kimi bu məsələdə də 10 yaşına qədər hər bir uşağın fikri soruşula bilər. Amma 10 yaşından sonra isə onların fikri mütləq soruşulmalıdır. Hətta bu onun mənafelərinə zidd olsa belə soruşulmalıdır. Bu həmdə Azərbaycan Respubliksının qoşulduğu 1989-cu il “Uşaq hüquqları” haqqında konvensiyanın şərtlərindədə əksini tapıb. Həmin şərtlərdə "Uşaqların mənafeləri maraqları hər şeydən üstün tutulmalıdır" deyə qeyd olunan maddə bu gün ölkəmizdə də icra olunur. Eyni zamanda Azərbaycanda da 1998-ci ildə “Uşaq Hüquqları” haqqında qanun qəbul olunub. Bu qanunla da bütün məsələlərdə valideyin və digərlərinin deyil, uşaqların mənafeyi və marağnının daha üstün olmağı tənzimlənir".

Bəs kimlər övladlığa uşaq götürə bilər?
Hüquqşünas onu da qeyd edib ki, əvvəllər valideyin hüquqlarından məhrum edilmiş və ya məhdudlaşdırılmış şəxs övladlığa uşaq götürə bilməz. Azərbaycan qanunvericiliyinə görə övladlığa uşaq götürmə yalnız məhkəmə qaydasında həll olunur. Yəni övladlığa uşaq götürmə təkcə bəyəndim seçdim yolu ilə həll olunmur. Bu məhkəmə qaydasında həllini tapan məsələdir.
Bildiyimiz kimi bu məsələnin hüquqi tərəfi ilə bərabər psixoloji tərəfi də var və çox vacib problemlərdən biridir.
Psixoloq Murad İsayevin sözlərinə görə, bu mərhələdə 3 yaşına qədər uşaqlarla xüsusi həssas davranmaq lazımdır. İnsan psixologiyası elədir ki, bir mühitdən digərinə keçərkən mütləq çətinlik çəkir:

"Ona görədə bu dövrdə uşaqları yeni bir mühitə öyrətmək üçün ilk 3 ayda öyrəşdiyi mühit, sevdiyi insanlar, oyuncaq və s. kimi kontaktlarla əlaqəni kəsmək olmaz.

Məsələn onun qaldığı yerə uyğun əşyalar qoymaq onun adaptasiyasında çox mühüm rol oynayır və müsbət təsir göstərir.

Və ikinci məsələdə valideyinlərin özlərinin yanaşma tərzidir ki, bəzən valideyinlər övladlığa götürdükləri uşaqların uyğunlaşa bilməmələrinin günahını özlərində görürlər. Uşaqların çətin adaptasiya olmasından şikayət edirlər. Biz onlara hər zaman mütləq şəkildə psixoloji qanun formasında bildiririk ki, ilk 3-6 ay ərzində uşaqlar götürüldüyü yerin qrafikinə uyğun yaşamalıdır. Bu zaman rahatlıq, çoxlu oyuncaq, şirniyyatlar hədiyyələr və s. kimi şeylərə birdən birə girmək doğru deyil. Bir müddət uşaq hansı mühitdən çıxıbsa mütləq şəkildə o mühitə uyğun saxlamaq lazımdır. Bura yatmağı, yeməyi, oynamağıda aiddir. Bunlara mütləq əməl edilməlidir. Əgər edilməzsə uşaqlarda yalançılıq. şantajçılıq, kapris və aqresiya kimi hallar baş qaldıra bilər.

Bu mövzuda dövlətin də çox ciddi yanaşması var və bu istiqamətdə xüsusi dövlət proqramları var. Müəssisələrin xüsusi psixoloqları olur ki, bu məsələni hər zaman nəzarət altında saxlayır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar