Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

WhatsApp-da casus üzə çıxdı - Sizi izləyə bilərlər

Tarix: 15-05-2019 11:25     Baxış: 3226 A- / A+
WhatsApp-da casus üzə çıxdı - Sizi izləyə bilərlər


WhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.

Manevr.az xəbər verir ki, bu haqda mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama verib.

Kiberhücumun kütləvi hal almadığı, yalnız “seçilmiş istifadəçilərin” ona məruz qaldığı bildirilir. “Facebook”un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib.

“Financial Times”ın yazdığına görə, virtual hücum İsrailin “NSO Group” təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.

Bazar ertəsi, “WhatsApp” ehtiyat tədbiri olaraq 1,5 milyard istifadəçisini tətbiqi yeniləməyə çağırıb.

Hücumun ayın əvvəli qeydə alındığı və bu barədə Amerikanın hüquq mühafizə orqanlarının və təhlükəsizlik ekspertlərinin məlumatlandırıldığı bildirilir.

Deyilənə görə, gizli müdaxilə aşağıdakı kimi olub: seçilmiş istifadəçinin telefonuna WhatsApp zəngi gəlib. İstifadəçi “dəstəyi qaldırmasa” belə onun mobil telefonuna zərərli proqram yazılıb. Həmin haker proqramı istifadəçinin hərəkətlərini smartfonun kamerası ilə güdməyə imkan verib. Həmçinin kibercinayətkarlar mikrafonla danışıqlarını dinləyə biliblər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar